Bir gün səhər tezdən oyananda qız pəncərəsində iki dibçək gördü. Qablardan biri olduqca gözəl və zərif büllur vaza idi; amma çatlaq idi; odur ki, vazanın içindəki su axmış, çiçəklər solmuşdu. O biri qab isə, sadə, qaba bir küp idi. Küpün suyu axmadığından onun içindəki çiçəklər təravətli və gözəl görünürdü.
📚🔔 Tatil zili çaldı!
Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞
Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
"Qadınların hörmət qazandığı yerlərdə allahlar məmnun qalır; qadınların nifrət qazandıqları yerlərdə, allahlara ibadət etmək və yalvarmaq əbəsdir! Qadınların dodaqları hər zaman pak və təmiz olur; bu - axar su kimi bir şeydir, bu- Günəş ziyasıdır. - Qadın adı ahəngdar olmalıdır, bu ad insanı oxşamalı, ruhu həyəcana gətirməlidir. Qadınların adı uzun samitlərlə bitməli və xeyir-dua sözlərinə bənzəməlidir." - Bəli, bu müdrik haqlıdır. Doğrudan da Mariya, Sofiya, Esmeral...- lənətlər olsun! Yenə bu fikir!..
- Bizim Parisdəki rüsvayçılıq sütunlarının yanında Reyms sütunu heç bir şeydir. Mən əminəm ki, orada yalnız kəndliləri bağlayırlar. Nə böyük şeydir ki!
Madam Mayetta dedi:
-Yalnız kəndliləri?.. Reymsdə?.. Mahudçular meydanında? Yox, belə deyil. Biz orada çox gözəl canilər də görmüşük. Hətta atasını və anasını öldürən canilər də görmüşük. Yalnız kəndliləri? Siz bizi nə zənn edirsiniz, Jerveza?
Əlbəttə, məhkəmə üzvünün kar olması kişik nöqsandır. Bununla belə, qulağının kar olması Florian Barbedyenin çox asanlıqla və etiraz qəbul etməyəcək şəkildə mühakimə etməsinə mane olmurdu.Doğrudan da hakimə bircə şey lazımdır: o özünü elə göstərməlidir ki, guya qulaq asır; möhtərəm məhkəmə üzvü isə kargüzarlıqda əsas şərtlərdən olan bu qaydanı çox gözəl icra edirdi.