Uzun zaman sonra sevdiyim yazıçının qələminə qayıtmaq və yenə zövq almaq...
Düzü, digər kitablardan heç də güclü olduğunu düşünmürəm. Digər əsərlərini oxuyanda daha çox düşünür, vahimələnirdim.
Kitabın əsas qəhrəmanının Anna Veqman olduğunu düşünürəm.
- "O, həmişə deyirdi ki, həyatda hər bir əməliniz bir gün özünüzə qayıdacaq, hər bir əməlinizin altını çəkəcəksiniz."
Bəli, Anna Veqmanın niyyəti yaxşı olmasına baxmayaraq o, bu əzablı hekayənin əsasını qoydu.
- Roman boyu özümü Saşada görürdüm.
Yaşananlara məntiqi bir izah tapmaq istəyirdi, digər tərəfdən marağı və kömək etmək istəyi onu bu hadisələrin içinə sürükləyirdi.
- "O, ac idi, doyunca yaşamamışdı..."
Venessanın vəziyyəti tək cümlə ilə kitabda təsvir olunub. Kitabdaki ən maraqlı, təzadlı obraz idi.
Son olaraq deyə bilərəm ki, bu əsər də digərləri kimi axıcıdır.
Bu əsərdən sonra thriller janrına, bu tərzdəki əsərlər bir müddət qayıtmamağı düşünürəm.
Spoiler verməmək üçün əlimdən gələn qədər üstü qapalı və qısa yazmağa çalışdım.
* Son incələməmdən bu günə oxucu yoldaşlarım da çoxalıb və bunların arasında yaxından tanıdıqlarım da var. Əlavə və düzəlişlərinizə açığam)