— Xəyal olmasa, adamın qüssədən ürəyi partlayar. Bir də, mənim xəyalım real xəyaldır. Bir təsəvvür et, biz bu uşaqların qəlbində məşəl yandırsaq, həmin məşəllər hər yerə səpələnsə, yurdumuz çıraqbana dönər.
— Maarifi. Elmi, mədəniyyəti artırmaq lazımdır. Hər millətin özünün düşünən beyni olmalıdır. Elə adamı olmalıdır ki, millətin sabahını görə bilsin. Millətinə başçılıq etməyi bacarsın, onu zamanın dolaşıq və çalpaşıq yollarından salamat çıxartmağı bacarsın.