— Mən milləti parçalayıb qarşı-qarşıya qoymağın özünə şübhə ilə baxıram. Ehtiraslar qızışıb keçəndən sonra baş verə biləcək peşmançılıq məni dəhşətə gətirir.
—elə dərd də burasındadır ki, bir-birimizə kömək eləmirik. Qalxan yıxılana baxmır. Kim güclüdürsə, hər şeyi qamarlayıb alır. Biri var-dövlətini qoymağa yer tapmır, o biri acından ölür.
—Bu, qaydadır, iradələri o qədər də güclü olmayan adamlar ürəkləri istəyən işi tapmayanda, ora-bura əl atırlar, əsl insanlıqlarını itirməyə başlayırlar.