Məmmədova Ayşən

Məmmədova Ayşən
@Aysen_m
Tarix müəllimi
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Azərbaycan Quba
11 okur puanı
Şubat 2023 tarihinde katıldı
Qürur və Qərəz
Qürur - həmişə mühakimələrinin dərinliyi ilə fərqlənən Meri müdaxilə etdi - mənə kifayət qədər geniş yayılmış çatışmazlıq kimi görünür. Oxuduğum bütün kitablarda deyilir ki, insan təbiəti ona çox həssasdır. Aramızda çox az insan öz qəlbində xasiyyətinin həqiqi və ya uydurma cizgisi ilə bağlı olan mənəm-mənəmlik hissini bəsləmir. Qürur və qürrə tez-tez sinonim kimi işlədilsə də, müxtəlif şeylərdir. İnsan qürurlu olar, amma qürrələnməyə bilər. Qürur daha çox bizim özümüz barədə qənaətimizlə bağlıdır, qürrə isə başqa insanların bizim barəmizdə yaratmaqlarını istədiyimiz rəydir.
Sayfa 25
Reklam
Milenaya Məktublar
Əvvəl-axır öyrənəcəksən ki, insanlar çıxmaq üçün girir həyatımıza, Milena. İnsanlar getmək üçün gəlir. Geri dönənlər nəyisə unutduqları üçün qayıdır, Sevdikləri üçün yox, Milena. Sevdikləri üçün yox...
İki şəhərin hekayəti
Baş verən ağlasığmaz hadisələrin fonunda aristokratiya bir sinif kimi parçalanıb dağıldı; o artıq Fransaya lazım deyildi, bu azmış kimi, üstəlik imkan düşəndə onu məhv etməkdən də çəkinmirdilər. Hansısa nağılda bir kəndli çox əlləşib-vuruşandan sonra, axır ki, şeytanı görmək imkanı əldə edir, amma görən kimi qorxudan dili tutulur, dərhal da dabanına tüpürərək qaçıb aradan çıxır, - aristokratiya da uzun illər boyu əsla utanıb-qızarmadan, qorxu nə olduğunu bilmədən, Allaha da məhəl qoymadan əlləsib-yuruşdu ki, insanlar insanlıqdan çıxsınlar. Nəhayət, istəyinə nail oldu, amma görəndə ki, vəziyyət çox dəhşətlidir, qorxusundan o da baş götürüb qaçdı.
Sayfa 260·Kitabı okudu
İki şəhərin hekayəti
Qəlbi təmiz hisslərlə döyünən, istedadlı insanın həyatda özünə yer tapa bilməməsi, pis adətlərin əlində aciz qalıb onların əsirinə çevrilməsi və son nəticədə bədbəxt olmasından kədərli bir mənzərə, yəqin ki, yoxdur.
Sayfa 102·Kitabı okudu
İki şəhərin hekayəti
Ətrafda gör nə qədər adam var, amma yenə adam özünü tənha hiss edir.
Sayfa 114·Kitabı okudu
Reklam