Aysu Çevik

Aysu Çevik
@AysuCevik
15 okur puanı
Ocak 2021 tarihinde katıldı
Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi, Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi. Tər axıb gül yanağından, bulud örtmüşdü ayı, Onu düşmənmi qovub, könlü qubar gəlmiş idi? Ona mən göz yetirib xəlvəti baxdım-baxdım, Ovçunun ovlağına körpə şikar gəlmiş idi. Uyuyub hər ikimiz rahət olub bir yatdıq, Bəxtimin baxçasına güllü bahar gəlmiş idi. Dedi: "Getmək dəmidir, söylə, nə istəyirsən yar?" Bir öpüş istədim ondan...Yeri var gəlmiş idi. Ağlayıb getdi o yar, göz yaşı yandırdı məni, Odlara yandı dilim, sanki şərar gəlmiş idi. "Ey Nizami!" - dedi... Birdən ayılıb gördüm o yox Demə röyada bizə çeşmi-xumar gəlmiş idi. Nizami Gəncəvi
Şiir
Aysu Çevik
"Ağlayarak gitti, gözyaşları beni yaktı, dilim sanki dert gelmiş gibi ateşte yandı. "
Reklam
Yavaş-yavaş sevdim səni..
Yavaş-yavaş sevdim səni, Hər gün bir az da sevdim. Ən çox bu qış sevdim səni, Qarda, ayazda sevdim. Gör bir nə tez isinişdik Havalar soyuyanda. Adamlar qalın geyinib, Ağaclar soyunanda. Qar altından baş qaldıran Çiçəktək sevdim səni. İstisinə qızındığım Ocaqtək sevdim səni. Hələ bu cür sevməmişdim Ömrüm boyu heç kimi. Səni sevdim qar üstündə Yem axtaran quş kimi. Ramiz Rövşən
Aşk
Aysu Çevik
Azerice gerçekten çok güzel