Asiadeh

Asiadeh
@Aytac077
Azərbaycan, 1997
34 reader point
Joined on January 2021
704 syf.
·
Not rated
·
Liked
Viktor Hüqo ədəbiyyat aləmində öz əsərləri ilə sözünü demiş, dünya ədəbiyyatına damğasını vurmuş bir şəxsiyyətdir. Müəllifin "Gülən adam" əsəri də bəyəndiyim kitablar arasında ilk sıralarda yer aldı. Roman çox maraqlı, məlumat yüklüdür, bir neçə mövzuya toxunulur. Kitabı oxuduqca beynimdə gedişatla bağlı yeni-yeni suallar yarandı. Əsər məlumatı, haşiyəsi bol olduğu üçün suallarıma tez cavab tapa bilmirdim, amma oxucunun marağını isti saxlayan əsərlərdəndir. Bədii tərəfi qədər tarixi tərəfi də güclüdür. Təsvirləri də çoxdur və bu təsvirlər baş verən hadisələri, verilən obrazları zaman və məkan cəhətdən qavramaq üçün çox önəmlidir. Tez-tez haşiyədən kənara çıxılması əsəri ağırlaşdırıb, hadisələrin irəliləməsini gecikdirsə də yeni məlumat öyrənmə baxımından müsbət haldır, həmçinin baş verənləri də daha dəqiq anlamaq üçün oxucuya kömək edir. Obrazların da hər biri özünəməxsus idi. Onların dili ilə müəllif öz fikirlərini, düşüncələrini oxucuya çatdırır, xüsusən də bəzi obrazların dilindən verilən monoloqları çox bəyəndim. Sanki 19-cu əsr insanına yox, bu günə, bu günün insanına müraciət edilir. Bədiiliklə tarixiliyin sintezdə verildiyi bu roman ümumilikdə gözəl, oxunmalı əsərdir. Çox sadə üslubda, axıcı dillə yazılıb deməzdim, lakin oxucunu yormayan dili, oxumağa təşviq edən mövzusu vardır.
Gülən Adam
Gülən AdamVictor Hugo · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 2020253 okunma
Reklam
184 syf.
10/10 puan verdi
·
Liked
Azərbaycan Xalq Cümhuriyyəti dedikdə bəlkə də ağla gələn ilk isim Azərbaycan istiqlal hərəkatının öndəri, daima istiqlal məfkurəsini yaşadan , davam etdirən və cümhuriyyətimizin banisi olan Məhəmməd Əmin Rəsulzadənin ismidir. Siyasi fəaliyyəti ilə yanaşı ədəbi yaradıcılıqla da məşğul olan Rəsulzadənin qələmə aldığı "Azərbaycan
Azərbaycan Cümhuriyyəti
Azərbaycan CümhuriyyətiMehmet Emin Resulzade · Mücrü Nəşriyyatı · 202122 okunma
47 syf.
·
Not rated
·
Liked
İdeal müəllim... Universitet professoru Raçinski tələbələri tərəfindən sevilən, hörmət edilən eyni zamanda son dərəcə istedadlı müəllim idi. Riyaziyyat sahəsində dərin elmi biliyə və yüksək savada malik idi. Geniş hüdudları olan elm dünyasında yolunun açıq olacağına, gələcəyinin parlayacağına heç kimin şübhəsi yox idi. Bəs bu məziyyətlər ideal
İdeal Müəllim
İdeal MüəllimGrigory Petrov · "Yumruq ədəbi birliyi" · 20176.2k okunma