“ Hər şey bitir, - maraqlı ifadədir.Hər şey bitəndən sonra,görəsən,nə var? Heç nə! Axı bu “heç nə” nədir? Əgər hər şey bitəndən sonra “heç nə” varsa, deməli, o “heç nə” heç nə deyil.Əgər varsa,deməli, bir şeydir. Hə, burada deyiblər ki, insan yoxluğu düşünə bilmir. Görəsən, niyə düşünə bilmir? Görəsən, nəyə görə mövcud olan insan “heç nə” ni, yoxluğu təsəvvür edə bilmir? Cavab, deyəsən, sualımın içindədir. Çünki bu insan mövcuddur. Mövcuddur, yəni həyat üçün yaranıb, yaşamaq üçün; yəni həyat və var olmaq onun həqiqətindədir. Yoxluq isə bu həqiqətə ziddir. Bu ziddiyyəti də təsəvvür etmək mümkün deyil ”.