Azada Mammadzada

Beləcə biz bütün ömrümüz boyu qara quruş qədər dəyər vermədiyimiz adamlara görə həyatımızın ən qorxaq və ləyaqətsiz hərəkətlərinə yol veririk.
Reklam
Əgər adam qəlb keyfiyyətlərinə görə centlmen deyilsə, bu onun xarici görkəmində və hərəkətlərində özünü büruzə verəcək. Ağacın liflərini heç bir laklama ilə ört-basdır eləyə bilməzsən, nə qədər çox lak vuracaqsansa, liflər də bir o qədər çox üzə çıxacaq.
Allah bilir, biz əbəs yerə öz göz yaşlarımızdan xəcalət çəkirik, onlar yağış kimi bizim ürəklərimizi qurudan qəlbimizin tozunu yuyur.
Qeyri-adi olmaq istəyirsənsə, öz haqqını düzlüklə əldə elə, əyriliklə isə heç nə əldə eləyə bilməzsən. Onda xoşbəxt yaşar və rahat ölərsən.
Yalan yalandır. Nəyə görə deyilmiş olsa da, dəxli yoxdur, pisdir, çünki yalanların atasından gəlir və təzədən də onun yanına qayıdır.
Reklam