Azada Mammadzada

Azada Mammadzada
@AzadaMammadzada
9/10
·251 syf.··
2024 1. kitabı
·
6 günde okudu
·
Okunma: 25 Nisan 2024 15:55
Well, when I started to read this book, I could not imagine that I would love it that way. In the very first chapters, it was really hard for me to understand the life and values of this aboriginal tribe. However, going through the journey the author went through, I started to get the real essence of the value that the person may give to herself, others and nature surrounding them. Even I also wished to be in the place of the author and go through that path to learn the essence of my existence and the skills that I am given by the Supreme Creator. Moreover, I admired the approach of the members of this tribe to unity, love, health, value, etc. In conclusion, despite of many critics claiming that it is a fake novel, the author has lied about the tribe and the walk that they have been together, I consider this novel as a good expression of Marlo Morgan’s creativity and the message she wanted to convey to the world.
Bir Çift YürekMarlo Morgan · Klan Yayınları · 201927,5bin okunma
Reklam
10/10
·360 syf.··
2023 8. kitabı
·
5 günde okudu
·
Okunma: 07 Temmuz 2023 00:00
Tək kəlmə ilə - möhtəşəm! Son dəfə bir kitabı gözyaşlarıyla bitirdiyim aylar əvvəl "Kürk mantolu Madonna" əsərini bitirdiyim zaman olmuşdu. İndi isə bu roman məni gözlədiyimdən daha çox təsirləndirdi... Kitabda tarixlə müasir dövrdə baş verən hadisələrin ustalıqla yazılmasını, Claire'in mükəmməl araşdırmacılığını tarixi və tarixdə baş verən sirli hadisələri öyrənməyi sevdiyim üçün çox bəyəndim. Dərin, əbədi və əsl sevginin də əks olunması bu romanı mənim üçün daha da möhtəşəm etdi. Charles və Vera, Ethan və Claire'in bir-birinə olan sevgisinin əks olunduğu səhifələri üzündə böyük bir gülümsəmə olmadan oxumaq imkansızdır. Əsas diqqət çəkən mövzu isə mənə görə dünyanın ədalətsizliyi və insanların düşüncəsizliyi üzündən paramparça olmuş həyatlardır. Cəmiyyətdəki bərabərsizliyin insanlarını həyatını çətinləşdirdiyinin və hətta məhv etdiyinin çox açıq bir şəkildə öz əksini tapdığı əsərlərdən biridir. Bir hissədə Claire'in də dediyi kimi: "Bu dünyanın neyi vardı böyle? Kensington gibi bir soyadının sizi özel biri yapıyorken, Ray gibi bir soyadının sizi önemsiz, unutulabilir kıldığı bir dünya mıydı bu?"
Böğürtlen KışıSarah Jio · Arkadya Yayınları · 201144,8bin okunma
Puan vermedi·280 syf.··
2023 5. kitabı
"Sən gəlməz oldun" - Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin, şairə Mədinə Gülgünün sözlərinə bəstələdiyi mahnıdır. Mahnını vaxtı ilə Zeynəb Xanlarova, Məmmədbağır Bağırzadə, Faiq Ağayev və s. ifa ediblər. Romanda bəyənmədiyim və hətta anlamadığım tək şey mahnımızın prokuror tərəfindən telefon zəngi edilməsinə olan yanaşmadır. Fikrimcə, digər xalqların mədəniyyəti, incəsənəti heç bir əsərdə aşağılanmamalıdır. Bəlkə də, mən düzgün başa düşməmişəm yazarın ima'sını. Amma istənilən halda bu hissəni bəyənmədim:) Lakin yazılış üslubu, axıcılığı, sonluğun bu cür maraqlı olması çox bəyəndiyim cəhətlərdən oldu.
Kardeşimin HikayesiZülfü Livaneli · İnkılap Kitabevi · 2024126,4bin okunma
10/10
·344 syf.··
2022 8. kitabı
·
25 saatte okudu
·
Okunma: 05 Temmuz 2022 00:00
Yenə də qadın həyatı, taleyi, sağlamlığı...Oxuduqca düşünürdüm, bir insan bu qədər ağrıya, əzaba necə dözə bilər axı? Və yaxud hansı insan razı olar ki, başqa bir insanın başına bu müsibətləri gətirsinlər? Nəyə görə? Sırf hər hansısa axmaq bir adətə görə? Bəzi adətlər var ki, onlar həqiqətən də ənənəyə çevrilməyə layiqdir, hansı ki özündə müəyyən insani dəyərləri, prinsipləri daşıyır. Lakin bəzi adətlər isə məhz keçmişdəki cahilliyin nəticəsidir və onlar ənənəyə çevrilməməlidir. Varis haqqında isə onu deyə bilərəm ki, bu qadının əzmi və mübarizəsi qürur duyulasıdır. Ailə dəyərləri, sahib olduğun xırda şeylərə görə xoşbəxt olmaq və s. kimi anlayışlar isə bütün roman boyu Varisin həyatı vasitəsilə çatdırılır.
Səhra ÇiçəyiWaris Dirie · Qanun Nəşriyyatı · 201411,6bin okunma
9/10
·192 syf.··
2022 7. kitabı
·
34 günde okudu
·
Okunma: 22 Nisan 2022 22:18
Corc Oruell qələmindən növbəti əsər - Heyvanıstan. İnsan adlı varlığın onları istismar etməsinə son qoymaq, öz istehsal etdikləri məhsullardan azad şəkildə, bərabər istifadə etmək, daha firavan və bərabər yaşamaq üçün heyvanlar fermada üsyan edir, sahibləri Consu qovurlar. Bütün hadisələr də bundan sonra başlayır. Əvvəlcə ali ideallar uğrunda mübarizə aparan, daha özlərinin öz ağaları olacağını, bərabərliyin hökm sürəcəyini düşünən heyvanlar sonda əməklərinin puç olduğunu görürlər. Hakimiyyəti öz əllərində cəmləyən donuzlar günü-gündən daha çox güclənir və digər heyvanlara ağalıq etməyə başlayırlar, özləri heç bir iş görməyərək digər heyvanların əziyyətlə istehsal etdiyi məhsulları mənimsəyir, onlara isə veriləcək normanı hər dəfə azaldırlar. Donuzların fonunda bu əsərdə əslində totalitar quruluşlar tənqid olunmuşdur, xüsusilə də SSRİ. Burada nəzərə çatdırılmalı əsas ideya isə məncə - "hakimiyyət/güc istəyi hər kəsi dəyişir" ideyasıdır. Üsyan edirlər, ali ideyaları kütlələr arasında yayaraq onları ayağa qaldırırlar, kütlələrin gücündən istifadə edərək hakimiyyəti ələ keçirirlər, lakin hakimiyyəti ələ keçirdilərmi vəssalam, əvvəlki hakimiyyət onların yanında şükürlü olur. Bu isə onu göstərir ki, bərabərlik istəyərək hakimiyyətə gələnlər gün gəlir daha çox "hakimiyyət/güc" və daha az "bərabərlik" istəyir. Bokser, Krover, Bencamin kimi yalnız ideyaların aliliyinə, şüarların həqiqiliyinə və onları yayanların dürüstlüyünə inananları isə acı həqiqət gözləyir - əslində hər şeyin puç olduğu, "yeni gələnlər"in "əvvəlkilər"dən əslində fərqlənmədiyi gerçəyi.
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2018296,2bin okunma
Reklam