Azada Mammadzada

"İnanclı adam fikirləşmir. Onun fikirləşməyə, ümumiyyətlə, ehtiyacı yoxdur. İnanclı olmaq şüursuz olmaq deməkdir."
Reklam
"Əgər Partiya keçmişə əl uzadıb həqiqətən olmuş hadisənin heç zaman baş vermədiyini deyirsə, bu, işgəncə və ölümdən də dəhşətli deyilmi?"
"Keçmişə hökm edən gələcəyə də hökm edir. Bu günə hökm edən keçmişə də hökm edir."
İkifikirlilik
Bilə-bilə bilməmək, həqiqətə tam sahib olduğun halda məharətlə uydurulmuş yalanlara rəvac vermək, biri digərini istisna edən 2 fikrin tam zifd olduqlarını anladığın halda onların ikisinə də tərəfdar çıxmaq, məntiqi məntiqlə öldürmək, əxlaqdan danışıb əxlaqı məhv etmək, demokratiyanın qeyri-mümkünlüyünə inanmaq və Partiyanın demokratiyanın keşiyində dayandığını söyləmək, unudulması zəruri sayılanı unutmaq, ehtiyac duyulanda isə onu yenidən yaddaşda canlandırmaq və təkrar yaddaşdan qoparıb atmaq, ən başlıcası isə eyni bir prosesi həmin prosesin özünə tətbiq etmək...
"Hətta ən bəsit fakt da sənin yaddaşından başqa heç yerdə təsbit olunmayıbsa, onun gerçəkliyini necə sübut edə bilərsən?"
Reklam