Azər Ərzi

Azər Ərzi
@Azer_Arzi
Filoloq, müəllim, şair, tərcüməçi. Bakı şəhəri 334 saylı tam orta məktəb
Lənkəran Dövlət Universiteti - Azərbaycan dili və ədəbiyyatı müəllimliyi. Bakı Avrasiya Universiteti - Azərbaycan ədəbiyyatı
Bakı şəhəri Binə qəsəbəsi
Azərbaycan, Astara, 28 Aralık 1999
17 okur puanı
Eylül 2020 tarihinde katıldı
Şu anda okuduğu kitap
Puan vermedi·198 syf.··
2025 10. kitabı
·
6 günde okudu
·
Okunma: 04 Ağustos 2025 19:56
Bəzən bədii dəyəri zəif olan əsərləri tərifləmək üçün bir söz işlədirik: səmimidir. Ercan Kesalın bu kitabı haqqında da o sözü deyirəm. Amma buradakı səmimilik heç də zəif bədiiliyi ört-basdır etmək üçün deyilən bir söz deyil. Hekayələr yüksək bədii məziyyətlərə malikdir. Və bununla yanaşı həm də səmimidir. Məşhur aktyor, həkim və yazıçı olan Ercan Kesalın hekayələrinin mövzusu z həyatıdır. Xüsusən, həkimlik illərində gördüyü hadisələri qələmə alıb. Onun hekayələrində məişət, siyasət, ölüm, zorakılıq, insan duyğuları və s. ustalıqla özünün əksini tapır. Hekayələrinin maraqlı bir strukturu var. Qələmə aldığı əksər nümunələr üç hissədən ibarətdir. Bu hissələrin hərəsini ayrı bir hekayə kimi də oxumaq olar. Lakin onların eyni mövzu, oxşar hadisələr bir-birinə bağlayır. Bəzən hadisələr oxşar olmasa belə, yazıçı böyük bir ədəbi ustalıqla onları bir-biri ilə əlaqələndirməyə nail olur. P.s. Türk "ədəbiyyat"ının bizə ixrac etdiyi mənasız motivasiya, detektiv kitablarını oxumaqdansa, belə yazıçıları oxuyun.
Peri GazozuErcan Kesal · İletişim Yayınevi · 20196bin okunma
Reklam
Puan vermedi·392 syf.··
2022 13. kitabı
Bu kitab oxuduqlarım arasında ən bəyəndiklərimdən biri oldu. Cek Londonun poetik, şairanə təsvir və təhkiyəsi xüsusilə diqqətimi cəlb etdi. Əsasən, ilk səhifələrdəki poetik dil əsəri oxuyarkən mənə lirik bir şeirin oxusundan aldığım həzzi bağışladı. Əsərin məzmununa gəlincə isə, yazıçı bu əsərdə bir sıra həyati problemlərə toxunmuşdur: insanlara mənsəb və vəzifələrinə, o cümlədən, siyasi baxışlarına görə münasibət, cəmiyyətdə mövcud olan bir sıra klişelər, məhəbbətin bu klişelər qarşısında məğlubiyyəti, "sürü psixologiyası" və s. Cek Londonun yaratdığı obrazlar ideal olmasalar da, mükəmməl obrazlardır. Bu obrazlar dövrün amerikan cəmiyyətini (obrazların xüsusiyyətləri təkcə ovaxtkı amerikan cəmiyyətinə yox, eyni zamanda indiki Azərbaycan cəmiyyətinə də aid edilə bilər) tanımağımızda böyük rol oynayırlar. Kasıb bir matros olan Martin İdenin öz sevdiyi qızın mənsub olduğu mühitdə qəbul olunmaq üçün etdiyi cəhdlər və mübarizə diqqətəlayiqdir. Lakin bu cəhdlər onun ətrafı və sevgilisi tərəfindən düzgün qiymətləndirilmir. Nişanlısı Ruf davamlı olaraq ona bu boş işlərin "başını buraxıb" bir "qulluğ"a girməyi məsləhət görür (müasir Azərbaycan cəmiyyətində də tez-tez bu hala rast gəlmək mümkündür). Lakin Martin nə vaxtsa bu işin bəhrə verəcəyinə inanır və böyük səylə bunun uğrunda çalışır (bu xüsusiyyət yazıçını digər əsərlərindəki obrazlarda da geniş müşahidə olunur). Rufun ailəsi onların nişanını pozmağı bacarır. Ruf da, loru dillə desək, "camaat nə deyər?" prinsipini əsas tutaraq buna etiraz etmir. Cəhdlər nəticəsində Martin İden dünyaca məşhur bir yazıçı olmağa nail olur. Əvvəllər onu saymayan insanlar artıq ona dərin "hörmət" bəsləməyə başlayır. Hamı bir qayda olaraq Martini "nahara dəvət eləməy"ə çalışır, nəşriyyatlar onun əvvəl rədd etdikləri əsərlərini çap edir, Ruf
Martin İdenJack London · Qanun Nəşriyyatı · 2025134,7bin okunma
Puan vermedi·55 syf.··
2022 1. kitabı
Kiçik olmasına baxmayaraq böyük mətləbləri ehtiva edən möhtəşəm bir kitabdır. Doğrudur, mövzuları elə də çox deyil. Amma toxunduğu mövzulara fərqli yanaşma şairin böyük ustalığından xəbər verir. Sunay Akının şeir dili çox axıcıdır. Şeirlərinin hamısı sərbəst formada, vəznsiz, qafiyəsiz yazılsa da, şair elə bir intonasiya işlədir ki, sanki bu şeirlərdə həm vəzn, həm də qafiyə var. Müasir türk poeziyasını oxuyarkən Sunay Akından yan keçsəniz, çox şey itirərsiniz.
Antik AcılarSunay Akın · İş Bankası Kültür Yayınları · 20163,392 okunma