İvan İliç öləcəyini bilirdi və daimi bir ümidsizlik içindəydi. Öləcəyinə ürəyinin dərinliyində inansa da, bununla barışa bilmirdi, sadəcə ölümü başa düşmürdü, heç cür anlamırdı.
Kizeveter məntiqində oxuyub öyrəndiyi sillogizm nümunəsində deyilirdi ki, Kay – insandır. İnsanlar öləridir. Buna görə, Kay da ölümlüdür. Ömrü boyu fikirləşirdi ki, ölüm ona deyil, yalnız Kaya aid ola bilər. Kayın insan olmağını, ümumiyyətlə, məxluq deyilən şeyi, tamamilə ədalətli sayırdı. Amma o nə Kay idi, nə də məxluq, özünü həmişə, həmişə, hamıdan fərqli bir varlıq hesab edirdi.
Şübhə artarsa, həm yəqin artar,
Mə’rifət nuru şübhədən parlar,
Zənn edərsəm yanılmıyor Sən’an,
Çünki xəllaq için şərəfli məkan
Eyi, parlaq könüllər olsa gərək...
Kim ki, Allahı istiyor görmək,
Arasın qəlbi-tabnakində,
Arasın kəndi ruhi-pakində,
Hər kimin qəlbi, ruhu düzgündür,
Daima hiss edər də haqqı görür.
Feyləsufanə ruha malik olan
Yaşamaz ayrı hərgiz Allahdan.
Süni, hər şey süni! Sanki bu süni bəzək olmazsa, işlər keçməz. Axı neçindir bu süni bəzəklər? Zavallı bəşəriyyət, neçin həqiqəti gizlədirsiniz? Cırın onu! Bax belə! Qoyun bu çirkin qara daşlar olduğu kimi, bütün dəhşətilə görünsünlər. Daşdır, qoy daş görünsün. Neçin gizlədirsiniz? O, çirkin də olsa, həqiqət olduğu üçün gözəldir!