Deyə bilməsən də yaxşı duyuram,
nələr çəkdiyini titrək səsindən.
Qəmini gözündən mən oxuyuram,
ürəyin göynəyir dost itkisindən.
Sənintək mənim də var sinə dağım,
başıma gələni necə söyləyim?!
Qəlbimə hər kəsdən yaxın sandığım
dost məni itirdi,bəs mən neyləyim?!
Sevgi çırağıdır mənim ürəyim,
yandıqca gözümdən nuru saçılır.
Şer yumağıdır mənim ürəyim,
misralarım bir-bir ondan açılır.
Sevirəm dəyişməz təbiətimlə,
eşqimin yolunda məyusluq,uğur...
Sədləri yarıram məhəbbətimlə,
mənim nifrətim də sevgimdən doğur.
Sayfa 49 - Sevgi çırağıdır mənim ürəyim·Kitabı okudu