Badisəba

Soruşdun: yadına düşürəmmi heç, barı ürəyindən keçirəmmi heç. Gəl elə danışma, elə soruşma... Soruş ki,yadımdan çıxırsanmı heç, soruş: yerə-göyə sığırsanmı heç?!
Sayfa 58 - Elə soruşma·Kitabı okudu
Etimoloji Defteri
Mücellit Nedir ?
Hərdən boşa çıxır xoş ümidləri, insan gümanla da yaşayır,gülüm. Bəzən cəmiyyətin böyük dərdləri Kiçik ailədən başlayır,gülüm.
Sayfa 31 - Adi bir söz üstə məndən inciyib·Kitabı okudu
Adi vaxtlarda o qədər həsrət çəkmirəm sənin üçün. Adi vaxtlarda o qədər də darıxmıram, xiffət çəkmirəm səsin üçün, ünün üçün. İzdihamlarda ürəyim sinəmi taqqıldadıb pıçıldayır: -Yalqızsan, təksən!.. Nədənsə, Həmişə adamların tünlüyündə daha çox ehtiyac duyuram sənə, daha çox hiss edirəm ki, mənə sən lazımsan, sən gərəksən...
Sayfa 23 - Adi vaxtlarda·Kitabı okudu
Bir əsim külək kimi, bir açım çiçək kimi, bir şirin dilək kimi. məndən niyə qaçırsan?! İlğımlı çölə dönüb, çağlayan selə dönüb, əriyən telə dönüb, məndən niyə qaçırsan?! Umu-küsün,davan yox, düşüb səni qovan yox, özgə qəlbdə yuvan yox, məndən niyə qaçırsan?! Şıltaqlıq səni yorar, Məndən qaçdığın yollar, səni mənə qaytarar, məndən niyə qaçırsan?!
Sayfa 22 - Məndən niyə qaçırsan?!·Kitabı okudu
Şəvə saçlım,ağ örpəklim, xoş niyyətlim,saf diləklim, ürəyinə köçə şəklim, şəklimi gözündə gördüm. Gülü qönçə dərməmişdim, dərib telə hörməmişdim, mən özümü görməmişdim, şəklimi gözündə gördüm.
Sayfa 12 - Şəklimi gözündə gördüm·Kitabı okudu