Nəhayət: darıxır və daim heç nə etmirəm. Yazmaq isə doğrudan da iş kimidir. Deyirlər, iş insanı xeyirxah və vicdanlı edir. Hər halda bu da bir fürsətdir.
Hər insanın xatirələrində hər kəsə aça bilmədiyi, bəlkə ancaq dostlarına deyə bildiyi şeylər var. Elə şeylər də var, onları heç dostlarına da aça bilməz, ancaq özünə açar, həm də ancaq sirr olaraq.
Əvvəllər o, qan tökməkdə ədalət görürdü, ona görə də sakit vicdanla kimi lazımdır məhv edirdi; indi isə qan tökməyi biabırçılıq hesab edir, amma yenə də bu biabırçılıqla üstəlik əvvəlkindən daha çox məşğul oluruq.
Bununla yanaşı yenə də qəlbən mütəəssir olurdum, peşmançılıq çəkir, göz yaşı tökürdüm, əlbəttə, özüm-özümü aldadırdım, hərçənd, əslində qəti saxtakarlıq etmirdim.