Şəkər Portağalının ikinci hissəsi olan bu kitabda Zezenin məktəb dövründən danışılır. Zeze təbii ki, yenə dəcəlliklərindən qalmır. Və bu dəfə , o , öz ailəsi ilə deyil, onu cəmiyyətə yaralı biri kimi yetişdirmək üçün oxumasını təmin edən bir ailə ilədir. O burda hətta aşiq olur. Amma, bu tez sonlanır.
José Mauro de Vasconcelos -un qələmi möhtəşəmdir. Oxuyun , oxutdurun.
Günəşi OyadaqJosé Mauro de Vasconcelos · Qanun Nəşriyyatı · 202342,9bin okunma
Elxan Elatlının qələmini dəhşət çox sevirəm. Ən sevdiyim yazıçılardan biridir. Bu əsərini də çox sevdim.
Əsərdə Əhmədiyyə adlı bir Azərbaycan gənci var ki, o 2-ci Dünya Müharibəsində Almaniyaya əsir düşür. Faşistlərin əlindən, çəkmədiyi əziyyət qalmır. Dəfələrlə ölümdən dönür. Amma, o öz cəsarətini qoruyub, saxlayır. Faşistlərdən xilas olub, Fransa tərəfindən Almaniyaya qarşı döyüşməyə başlayır. Ona , Fransanın fəxri qəhramanı adı verilir. Azərbaycana qayıdıb, bütün mübarizə boyu unutmadığı sevimli Sürəyyası ilə evlənir. Sonda, onun bu qədər hadisələri dəf etdikdən sonra necə öldüyünü oxuyanda ,şok olacaqsınız.
10/10
Elhan ElatlıArmed Mişel
İran yazıçısından bir kitab. İran olan bir kənddə baş verən hekayələrdən bəhs edir. 8 hekayədən ibarət olan bu kitabda iranlıların bəzi xüsusiyyətləri ilə də tanış ola bilərsiniz.
6/10
Xoş mütaliələr diləyi ilə...
Bəyəl ƏzadarlarıGulam Hüseyin Sâedi · Parlaq İmzalar Nəşriyyatı · 2020257 okunma