Təsəvvür elə ki bir nəfər beş alçaq pilləli çıxmalıdır, başqası isə bircə pillə qalxmalıdır, ancaq bu pillə ona beş pillə qədər hündür görünür.Birinci nəinki beş pilləni, lazım gəlsə,lap yüzünü,minini də qalxacaq və çox qiymətli,gərgin bir həyat yaşamış olacaq,ancaq qalxdığı pillələrin heç biri ikinci adamın çıxmalı olduğu pillə qədər mənalı olmayacaq çünki bu tək bir pilləni çıxmaq onun imkanı, gücü xaricindədir, heç vaxt onu qalxa bilməyəcək, qalxsa da, ondan o tərəfə gedə bilməyəcək.
Fikirləşirdim ki, ibtidai məktəbin birinci sinifini heç vaxt başa vura bilməyəcəm, ancaq başa vurdum ,üstəlik ,tərifnamə də aldım. Sonra fikirləşdim ki, gimnaziya qəbul imtahanını verə bilməyəcəm ,ancaq verdim. Dedim ki, gimnaziyanın birinci sinifində kəsiləcəm, ancaq kəsilmədim və belə-belə irəlilədim...
Bizim bir-birimizlə sakit danışmağımız artıq mümkün deyildi və bu da axırda öz təbii nəticəsini verdi: mən danışmağı yadırğadım. Əlbəttə ,bu o demək deyil ,ki mən yaxşı natiq ola bilərdim, ancaq hər halda, bütün başqa insanlar kimi, fikrimi rəvan şəkildə ifadə etməyi bacarardım. Ancaq danışmağı sən mənə çox tez qadağan elədin. "Cavab qaytarma!" - deyə barmağını silkələyə-silkələyə hədələməyini o vaxtdan bəri unuda bilmirəm.
Məsələn, sən çexləri söyə bilərdin, sonra da almanları,sonrada yəhudiləri və özü də hər hansı xüsusiyyətinə görə deyil, bütövlükdə söyürdün və belə çıxırdı ki, yaxşı bircə sənsən. Beləliklə ,mənim üçün hüquqları idraka deyil, yalnız şəxsi mənəmliyinə söykənən zülmkarlar kimi tapmacaya dönürdün. Ən azı, mənə elə gəlirdi...