Elə ki, ürəkdə ürəkdən böyük bir ağrı olur. O ürəyi çıxarıb özü onun yerinə girir, bu ağlamaq kişi ağlamağıdır. Onun ağrısı heç vaxt keçmir. Üstündən 30-40 il ötəndən sonra, qocalıqda yada düşəndə bax onda gözdən yaş çıxır. Çünki ürək o ürək deyil. Möhkəmliyini, təpərini itirib, kövrəklik yaranıb, kövrəklik isə gözlə onun yaşı ilə bağlı olur. Yaş axan kimi kövrəklik əriyir, buz kimi suya çevrilir, gilə-gilə axıb gedir.