•Məncə, həyatın sənə borclu qaldığına inanırsansa, həyat bir gün bu borcu sənə qaytarır. Kiməsə etdiyin yaxşılıq kimi,etdiyin duanın qarşılığı kimi mütləq qaytarır. Sadəcə, dahilərdən birinin dediyi kimi, "tale vəd etdiyini baha satır"....💝💝
Dilşad TalıbovaSəndən Qalan Noyabr
~Əgər dünyada eşq adlı bir düha vardısa, onun da başqa cür olması mümkün deyildi. Eşqin bütün nəm-nişanı da,elə onun bu qədər dəyişməz olması,bu qədər güclü olması idi. Elə ki,adına eşq dediyimiz, o düha, insanlarla bir gündə doğulmasa da, sevən kəslərin ürəyində özünə yer elədiyi gündən, onlarla birgə ömür sürməli,onlarla birlikdə həyatın acısından- şirinindən keçə-keçə şam kimi əriməli, onlarla bir gündə də sönməli idi...🌼🌼
Nəsibə GünəşGetmə
~
•Ümid.... qaranlıq yolda öz işartısı ilə yolu nurlandıran zəif bir şam işığı....O işığın ardınca gedən hər kəs sonunda aydınlığa qovuşa bilərdi,öz yolunu tapa bilərdi....
Nəsibə GünəşGetmə
Eşq,iki insanın bir-birinə ehtiyacı, birlikdə ömür sürmək istəyi, həyatlarını bir- birinə həsr etmək arzusudur. Eşq, iki insanın bir-birindən ayrı yaşaya bilməməsi duyğusudur...🍁🍁
Nəsibə GünəşGetmə