Fatima Mhrremova ♡

Fatima Mhrremova ♡
@Booksfer
•Uçmak istediğini kimseye söyleme, düşürmeye çalışırlar..... •Bir gün batar yeni gün doğar, yeterki sen yaşama isteğini, yaşama umudunu kaybetme
Azerbaijan State Pedagogical University-Psychology
11 Temmuz 2004
200 kütüphaneci puanı
97 okur puanı
Şubat 2023 tarihinde katıldı
8/10
·116 syf.··
2025 3. kitabı
• Həmişə qəhrəman ola bilməzsən,amma həmişə insan olaraq qala bilərsən..." Bəs insan olmaq necə?! İnsan olmaq da hansısa qəhrəmanlıq, yaxud xüsusi bacarıq tələb etmir ki! Sadəcə insan olmaq... Bu gün ətrafımızda "qəhrəmanlar" artsa da, insanlar azalır....Eləcə də insanlıq özü... Salam 1k əhli. 7 ay sonra təhlil yazmaq qərarına gəldim. O da bu kitaba qismət imiş. Təhlilə kitabdan cümlələrlə başlamaq istədim, çünki bu cümlələr kitabın ən bəyəndiyim və ən çox haqq verdiyim cümlələrindən bir neçəsi idi. Təəssüf ki günümüzdə doğurdan da insan və insanlıq artıq ölüb.... Hər kəs özünü və öz mənfəətini düşünür. İnsanları artıq tanımaq və güvənmək mümkünsüz olub. Kitabda da bunun açıqca şahidi oluruq..Ümumi olaraq kitabı bəyəndim, müəllifin ilk işi olmasına baxmayaraq, fikrimcə alınmışdı... Sonunu həyəcanla gözləyirdim,ama müəllif bizi intizarda saxlamağı seçibmiş. Artıq ikinci kitabı həyəcanla gözləməli olacam)). Çox yazıb spoiler vermək istəmirəm. Kitabı oxumağınızı tövsiyə edirəm. Kitabın və gənc yazıçımızın layiq olduğu dəyəri görməsini arzulayıram.. Müəllifə yazıçılıq fəaliyyətində uğurlar, sizlərə də xoş mütaliələr arzulayıb təhlili sonladırıram. Sağlıqla,sevgiylə və kitabla qalın,əziz kitabsevərlər♡♡ Ehtiram BabaşovEhtiram Babaşov Mənim Qəhrəmanım Olarsan?!Mənim Qəhrəmanım Olarsan?!
Mənim Qəhrəmanım Olarsan?!Ehtiram Babaşov · Mücrü Nəşriyyatı · 202548 okunma
Reklam
10/10
·240 syf.··
Beğendi
·
2024 14. kitabı
Xoşbəxt olmağa layiq olanlar, kənardan baxdılar .... Niyə ən böyük zərbəni,ən çox sevdiklərimizdən alırıq?! Kitab mənə o qədər təsir etdiki, bitirdikdən sonra boşluğa düşdüm sanki. Nə oxudum deyə düşündüm, oxuduqlarımı dərk etməyə çalışdım. Bütün obrazların çarəsizliyini hiss etdim,amma ən çox Nərgizin. Onun yaşadıqlarını sanki mən yaşadım. Sanki mənim ümidlərin qırıldı,mənim sevgim yarıda qaldı, xəyallarım puç oldu. Bir an obraz olduğun unudub,ən yaxınımmış kimi halına acıdım. Sonunu elə gözləmirdim,onun kimi məndə inanırdım xoşbəxt olacağına....Çətin günləri geridə qoyub, işıqlı gələcəyə addımlayacağına xəyallarını gerçəkləşdirəcəyinə... Zatən həyatda belə acımasız deyilmi.. Ən böyük zərbəni ən çox sevdiklərimizdən, almadıq mı?! Bu, etməz dediyimiz,ən pisini etmədimi? Yusif və Rövşən obrazları bunun bariz nümunəsi oldu. Yazarın gənc olmasına baxmayaraq obrazlar,duyğular,dialoqlar mükəmməl işlənmişdi. Həm kənd,həm şəhər həyatı olduqca mükəmməl təsvir olunmuşdu. Oxuyarkən sanki film izlədim. Bir sözlə yaxşı ki oxumuşam dediyim kitablardan oldu. Gənc yazara uğurlar, sizlərə xoş mütaliələr. Sağlıqla və kitabla qalın .....♡♡ Səməd ŞıxıSəməd Şıxı Atılan Bir DaşAtılan Bir Daş
Atılan Bir DaşSəməd Şıxı · Alatoran Nəşriyyatı · 20177 okunma
Arxalı Canavar
6/10
·288 syf.··
2024 4. kitabı
Uzun aradan sonra təhlil yazmaq qərarına gəldim. Bu təhlil də Arxalı CanavarArxalı Canavar a qismət imiş. Elatlı qələmindən oxuduğum ikinci kitabdır. İlk Görünməyən İzlərGörünməyən İzlər' i oxumuşdum. Bu kitabı digər kitaba qismən bəyəndimsə də, bəyənmədiyim tərəfləri də oldu. İlk növbədə hadisə,olay və obrazların çoxluğu kitabı maraqlı və cəlbedici edir. Oxuduqca oxumaq istəyir,sonu həvəslə gözləyirsən. (Mənə görə "Görünməyən İzlərdə" hadisələr daha zəif idi) Oxuyarkən, indi nə baş verəcək deyə intizarda qalırsan. Hadisələri,baş verənləri, analiz edirsən,düşünürsən ki, bu sevdiyim nüans oldu. Dedektiv oxuduğunu bir az olsa hiss edirsən. Bir az olsa yazdım çünki, dedektiv janrında yazılan daha mükəmməl kitablar var. Elatlı kitablarında o mükəmməlliyi bir o qədər də görmürəm. Bundan əlavə kitabda, xüsusi orqanların işlərinə məsuliyyətsiz yanaşmaları, Bədrəddinin timsalında puluna, atasının vəzifəsinə arxalanıb yoxsul təbəqəni əzənlər, şərəfiylə işləyənlərin incidilməsi,ləkələnməsi kimi günümüzün acı reallıqları da öz əksini tapıb. Bu kitabın bəyəndiyim tərəfi idi. İndi bəyənmədiyim tərəfi yazım. Yazıçımız, vulqar sözlərdən,arqo kəlmələrdən çox istifadə edir ki, bu da oxucunu bir qədər sonra yorur. Məncə, ən azı bir- iki söz oldu kifayətdir. Aşırıya getməsə də olar. Bundan əlavə dedektiv adı ilə başladığın kitaba, sevgi- məhəbbəti də əlavə edir. (Təbii ki,bu əksər kitablarda var). Amma, Elatlı bunu da çirkin şəkildə yazır. Hər iki kitabda sevgi adı ilə taciz, xəyanət oxudum. Deyəsən,yazıçının sevgi anlayışı bundan ibarətdir)) Ümumiyyətlə təkcə Elxan yox, bir neçə yazıçılarımız da bu problem var. Hələ kitaba hər yaş qrupuna uyğundur yazılır. 13- 14 yaşında biri kitabı oxuyub nə nəticəyə gələcək anlamış deyiləm. Təhlil bura qədər. Xoş mütaliələr hər kəsə, kitabla qalın.... Elhan ElatlıElhan Elatlı Arxalı CanavarArxalı Canavar
İnceleme
Arxalı CanavarElhan Elatlı · Teas Press Nəşriyyatı · 0872 okunma
•İlin son təhlili "Hərbistan" olsun...♡♡
10/10
·122 syf.··
Beğendi
·
2023 52. kitabı
Hardan başlayım necə yazım bilmirəm. Bir şey məni xoşbəxt edirsə bunu sözlə ifadə etməyə çətinlik çəkirəm. Necə deyərlər bəzi hisslər sözlə ifadə oluna bilmir. Eynən bu kitabın mənə yaşatdığı hisslər kimi. Yenədə əlimdən gələn qədər yazmağa çalışacam. Kitabı ilk dəfə bu platformada görmüş və adından, üz qabığından müharibə mövzulu olduğunu düşünmüşdüm. Bu tip kitabları oxumağı sevdiyimdən bunuda oxuma siyahıma əlavə etdim. Nəhayət uzun zaman sonra, bu gün oxuyub bitirmək nəsib oldu. Düzdü düşündüyüm kimi müharibə, hərbi mövzulu olmadı. Daha fərqli və maraqlı mövzusu vardı. Xoşbəxtlik! Bəli kitabımızın mövzusu xoşbəxtlik idi. Hər insan həyatda xoşbəxt olmağa çalışır. Özünə və ya çox sevdiyi birinə xoşbəxtlik arzu edir. Bəs əslində xoşbəxtlik nədədir? 8 ölkənin ən yaxşı 8 xüsusi təyinatlılarına verilən tapşırığa əsasən onlarda xoşbəxtliyi tapmalıdırlar. Və beləcə hekayəmiz başlayır. Qəhrəmanlarımız 4 fərqli ölkəyə səfər etməli olurlar. Verilən müddət ərzində xoşbəxtliyi tapmalı və onlara verilən protokolu doldurmalıdırlar. Qrup ilk növbədə Burundi, daha sonra növbəylə Qətər, Türkiyə və Finlandiyaya səfər edirlər. Bu ölkələrdə apardıqları müşahidələrə əsasən xoşbəxtliyin nədə olduğunu tapmağa çalışırlar. Kitabın mövzusun,obrazlar arasındakı dialoqları çox bəyəndim. Hər biri bir dərs statusundadır. 004-ə üzüldüm.)Kaş 0013 ün kimin olduğun açıqlayardınız) Dahi şəxsiyyətlərdən, müqəddəs kitabdan gətirilən sitatları, yazıçının Allaha qarşı sevgisi, Quran və islamla bağlı həqiqətləri vurğulaması kitabı daha maraqlı və qüsursuz edib.Tək qüsur az səhifəli olması idi. Ən təsirləndiyim səhnə isə Alinin səhnəsi oldu. Ağır xəstəliyinə rəğmən şükür etməsi... Sahildə olan dialoqlar duyğulandırdı.) Bir sözlə yaxşı ki, oxumuşam dediyim bir kitab oldu. Oxuyun,oxudun peşman olmazsınız.
İnceleme
HərbistanAsəf Hüseynov · Qanun Nəşriyyatı · 202365 okunma
•Yuxusuz qalma səbəbim..♡
10/10
·192 syf.··
Beğendi
·
2023 47. kitabı
Hello kitabsevərlər. Yeni kitab təhlili ilə gəldim. Müəllifin qələmiylə tanışlıq kitabı oldu. Çox bəyəndim. Yazım tərzi, dilinin axıcılığı, mövzusu oxucunu cəlb edir. Obrazların hiss və həyəcanı, duyğu və düşüncəsi oxucuya ustalıqla çatdırılıb. Oxuyarkən obrazların yaşadıqlarını hiss edirsən və bu kitabda ən bəyəndiyim nüansdı. Kitab oxuduğunu hiss edirsən. Bir tək sonunu bəyənmədim, sanki tez yazım bitsin deyə yazıb yazıçı. Daha gözəl və fərqli sonlana bilərdi. Sonu həvəslə gözləyirdim, bir az gözlədiyimə dəymədi. Ümumilikdə çox bəyəndim,yazarın əlinə,əməyinə sağlıq. Sevgisizliyin nə kimi fəsadlara gətirib çıxardığı bir daha aydın olur. Namiq obrazı bunun bariz nümunəsidir.Son olaraq insanların içindəki sevgini öldürüb, mərhəmətsiz birinə çevirməyək. Sevgiylə və kitabla qalın. Xoş mütaliələr hər kəsə..)♡♡ İlahə Səfərzadəİlahə Səfərzadə Naməlum MəktubNaməlum Məktub
İnceleme
Naməlum Məktubİlahə Səfərzadə · Mücrü Nəşriyyatı · 202156 okunma
Reklam