Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Təbəssüm Mustafaeva

Karamazov Qardaşları
Dostoyevskinin kitabları nə qədər ağır olsa da, çətin anlaşılsa da, oxumaq bir o qədər zövq verir. “Cinayət və Cəza” favorim idisə, bundan sonra “Karamazov qardaşları” o yeri tutur🌝 Bu əsər onun son və zirvədə olan romanıdır. Tərcümə ilə bağlı deyim ki, qanun nəşriyyatı tərcüməni yaxşı edib😊 O məhşur cümlə; Hamımız Karamazovuq, kimi bunu daha
Reklam
Bilirsiniz amok nə olan şeydir? - Amok? Deyəsən eşitmişəm...Malaylarda tiryək növüdür... -Tiryəkdən də betərdir. Adamı dəli eləyir, vəhşiyə döndərir, heç bir alkoqol bununla müqayisəyə gəlməz... Salam, hər vaxtınız xeyir olsun. Uzun-uzuuuun aradan sonra paylaşım edə bildim😊 Əslində oxuduğum kitablar çoxdur. Amma təhlillərini yazmağa, şəkillər çəkməyə son vaxtlar həvəs qalmayıb əvvəlki kimi🙁 nəysə keçək kitabımıza. “Amok” kiçik hekayə dadında bir kitab idi. Yenə də Zweig insan hisslərinə, düşüncələrə, insani duyğulara toxunaraq belə gözəl yazılmış kitab yazıb yaradıb və oxuculara ötürüb. Qısaca desək, yad ölkəyə təyinatla getmiş bir həkimin başına gələnləri oxuyuruq. Bir gün bir qadın ondan həyatı ilə bağlı vacib məsələdə kömək istəyir. Amma qadının məğrurluğu, dik başlılığına görə köməkdən imtina ediən həkim sonradan peşman olur. Və bundan sonra olanlar olur. O hissələri sadəcə heyrətlə oxudum. Həkimin o anlıq səhvindən sonra yaşadığı qorxu, təlaş, sonradan gələn peşmanlıq hissi, özü ilə apardığı mübarizə, düşdüyü boşluğun çarəsizliyini oxuyanda başa düşürsən ki, Zweig insani duyğuların dərinliyi hiss edərək yazır əsərlərini. Demirəm möhtəşəm idi, amma insanın öz özünü sorğulamağa sövq edən əsərdir. Oxuyun, oxutdurun. Kitabsız qalmayın🌸🩷
Salam
Bir neçə dəfə Marquezin kitablarına üz tutmuşam amma o qədər də ürəyimə yatmamışdı. Amma 100 ilin tənhalığı” sevdiyim əsər oldu. İlk oxuduğumda anlaşılması bir az çətin oldu mənə, ona görə 200 səhifədən sonra kitabı yenidən oxudum və daha çox aydın oldu kitab. Bu əsər bir nəslin başına gələcək olan hadisələrin 460 səhifəlik xronikasıdır. Buendalar

Okur Takip Önerileri

Tümünü Gör
Cemal Süreyya
Öyle büyümüş ki içimizdeki yalnızlık sevilmeyi beklerken, beklemeyi sevmişiz.
#domoynepoputi
Находясь в плену собственных предрассудков, ты не способен вырваться на свободу. Верить – верь, конечно. Вот только о реальности не забывай, потому что она о тебе прекрасно помнит.
Reklam
Ramiz Rövşən
Nə çoxmuş, dünyanın yükü Sevgisi yük, nifrəti yük, Görüşəndə — söhbəti yük, Ayrılanda — həsrəti yük
Həyatda hər bir uğursuzluğun arxasında bir məna dayanır. Siz hər zaman hər şeyi əldə etsəniz həyatın, yaşamağın mənası qalmaz. Bəzən möhkəm olmaq üçün, möhkəm yerə "çırpılmaq" lazımdır. Məsəl üçün anam kiftə bişirəndə əti yumru edib, qabın içinə bərk çırpır ki dağılmasın.
Müəllif: Nəriman Həsənzadə
Od ürəkli , od nəfəsli diyarımsan Ocağına canım qurban , Azərbaycan ! Əzilsən də , əyilməyən vüqarımsan Bu çağına canım qurban , Azərbaycan ! Savaşlardan alnıaçıq çıxan zaman Tarixlərə bağışladın neçə qurban. Hər qonşuda bir parçası əsir qalan Torpağına canım qurban , Azərbaycan ! Neçə gizli sərvət yatır qucağında , Neçə ölkə od aparır ocağından . Azadlığın al rəmzi var bayrağında Bayrağına canım qurban , Azərbaycan ! Hər uğurun gələcəyə bir yol açır , Hər dost elə xoş niyyətin işıq saçır . Hər millətə , hər məzhəbə isti , açıq Qucağına canım qurban , Azərbaycan ! Başım üstdə məğrur-məğrur dalğalanan Bayrağına canım qurban , Azərbaycan ! Ruhuma büt , cismim üçün vətən olan Torpağına canım qurban , Azərbaycan !
Müəllif: Tofiq Bayram
Vətən mənim bu günüm, Sabahkı toy-düyünüm. Haqqım var ki, öyünüm AZƏRBAYCAN DEYƏNDƏ. Ürəklərdə döyünüm, AZƏRBAYCAN DEYƏNDƏ.
Reklam
SƏN BİZİMSƏN, BİZİMSƏN, DURDUQCA BƏDƏNDƏ CAN, YAŞA, YAŞA, ÇOX YAŞA, EY ŞANLI AZƏRBAYCAN! #QarabağAzərbaycandır!🇦🇿🇹🇷💪🏼