~Bu yazıçılar arı kimi bir məxluqdur. Arı öz pətəyindən çox-çox uzaqlara uçur... Çöllərdəki güllərə-çiçəklərə qonub zərrə-zərrə şirə çəkir. Sonra şanasına qayıdaraq ətirli bal yaradır... Yazıçılar da aləmi gəzib-dolanır, görüb-götürür, nəhayət, iş otağına tələsərək qalın-qalın maraqlı əsərlər yaradır. Onların isə şanası kitabdır, balları söz..
~Məhəbbət cürbəcür olur. Adam gülə, çiçəyə, torpağa quşlara, çox şeyə məhəbbət bəsləyir. Hətta evdə saxladığı pişiyi də sevir.Ancaq bir məhəbbət də var ki, o bunlar heç birinə oxşamır..