Ceyhun Cəfərli

Onun hər günü xəstəliyinin səbəbini bilmədən həkimin göstərişilə yataqda uzanıb vaxt keçirməli və güc toplamalı olan ­xəstənin üzərinə çökən ağlagəlməz ağırlıq kimi üzərinə enirdi.
Reklam
Üfüqdən o yana uzanıb gedən Minillik aləmə mən nəzər saldım. Nələr olacağını bircə kəs bilmir, Aləmin taleyin kim xəbər verər? Kim bilir, Allahı nə vaxt görərik, O çox sadə şeylərdən nə vaxt bəhs edər?
Mən insan gözlərindən başqa heç bir şahidə inanmıram.
Həyatın həyat naminə qələbə çaldığı yerdə xırda ehtiraslar salamat qalmır – elə onda da hər şeyə xoşbəxtlik hökm eləyir. Xoşbəxtlik, məlum olduğu kimi, tez xarab olan ərzaqdı, onu yoxa çıxmamış, dərhal həzm eləmək lazımdır!
– Nədi, sakedən çox içmisən? – Esuko soruşdu. Ryösuke başını qaldırıb ötəri arvadına baxdı. Bu, adətən, arvadının ona saldığı nəzər idi; bu baxış onda nifrət oyadırdı, – o, elə bil, bu küt və ehtiraslı ümid iltihabını xatırladan sədaqətli it baxışlarından xəstələnmişdi – xəstəliyin əldən saldığı ev heyvanları bunun niyə məhz onların başına gəldiyini dərk eləmədən öz sahiblərinə belə baxırlar. Ryösukenin baxışlarında da həmin anlamazlıq vardı. Ola bilsin, o məhz indi ilk dəfə özündə bu narahatlığı duydu. Bu, xəstəlik idi. Amma bunun səbəbi təkcə xəstəlik deyildi.
Reklam