Əgər dünyada ancaq əldən çıxardığına görə heyfsiləndiyin şeylər mövcud olsaydı, gerçəklik toxunmağa belə qorxduğun kövrək, şüşədən hazırlanmış xırdavata çevrilərdi...
İstəyirsiz, sizə maraqlı bir hadisə danışım… Bu, çoxdan olub. Kirayə qaldığım evdə heç nəyə yaramayan bir it saxlayırdım, həyət iti… Maraq doğuracaq qədər sıx olan tüklərini hətta yayda belə tökmürdü… Elə kədərli görkəmi vardı ki, onu qırxmağa qərar verdim… Və beləliklə, iti qırxıb qurtarıb, qırxılmış tüklərini atmağa hazırlaşırdım ki, it, düzü bilmirəm ağlına nə gəldi, birdən ulayıb, dişlərilə bu tük yığınını qamarlayıb, öz yerinə qaçdı… Ola bilsin o, qırxılıb yerə tökülmüş tükünü öz bədəninin bir hissəsi bilib və onu itirəcəyinə heyfsilənib.