Ceyhun Cəfərli

Təsəvvür edirsən, bir insanı uzun müddət həsrətlə gözləyirsən. Sevinc içindəsən, ürəyin az qalır partlasın. Ancaq o, gələndə görürsən ki, üzündə demək olar ki, heç bir hiss yoxdur. Bu zaman bütün sevincin havada məhv olub gedir, ürəyin əvvəl onun həsrətindən sıxılırdısa, indi onun bu laqeydliyindən, səni anlamamağından sıxılır. O isə sadəcə, salam, əhvalın necədir? deyir...Sonra da heç bir cavab gözləmədən başqa mövzudan danışır. Sən də onun gözlərinə baxaraq düşüncələrində deyirsən: Sənin üçün çox darıxmışam. Hər gün yalnız sənin gəlişini gözləmişəm. Məktəbdə belə düşüncələrimdə yalnız sən vardın. İndi bir özün düşün, mənim halım necədir...
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Biz insanlar keçmişimizdən bizə daha çox sevinc və kədər gətirmiş təəssüratlari yadda saxlayirq; nifrət, ağrı, ugursuzluq, çarəsizlik, iztirab, itki, qorxu, məyusluq və həmçinin bunların əksi olan müsbət hislər. Ətrafin təsirinə bu cür həssas olan insan hər gün öz ruhunda nəsə əkir və nəsə düzəldir. Bəzən müsbət hislərdən təşkil olunmuş gözəl bir bağ, bəzən isə quraq və yararsız torpaqdan ibarət olan bir biyaban...
Villi, həyat onu münaqişələrə, küsmələrə, söz-söhbətlərə, mənasız işlərə sərf etməyəcək qədər qisadır. Mənim kimi birinin yerində olsan, bunu lap yaxşi anlayarsan. Sağlam insanlar həyata bitməz-tükənməz bir dəniz kimi baxırlar. Ancaq o, həqiqətdə bir kölgə, bəzəndə ötəri bir bulud kimidir. Bir anın içində çəkilib gedər. İnsanın vaxtı, həqiqətən də, çox azdır. Yaxınlarına vaxt ayır. Bir gün gələr, ayılarsan ki, yanında heç bir kəs qalmamışdır...
Hər həyat bir tablodur. Valideyinlər o tablonun materialı olan kətanını, tale çərçivəsini, cəmiyyət rənglərini verir. Çəkmək isə bizim öhdəmizdədir.
İlk baxışdan yürüdülən mühakimə,adətən, yanlışdır. Ünsiyyət, bax bu yolla insanı tanımaq olar... Ancaq Villi, həqiqətdə ünsiyyət də tam kifayət deyil. Biz tərəflərdə deyilir ki, insanı yaxşı tanımaq üçün onunla səfərə çıxmaq lazımdır. Təbii ki, bu bir deyimdir. İnsanı yaxşı tanımaq üçün onunla həyatın ən çətin anlarında birgə olmalısan. Çətinlik insanların həqiqi simalarının pərdə arxasından görsənməsinə səbəb olar...