Tənhalıq… tənhalıq odur ki, bütün arzuların ancaq xəyallarında qala və həqiqət tapmaya. Tənhalıq odur ki, yalnız xəyallarında xoşbəxt olasan… Tənhalıq insanın özünü içində kimsəsiz hiss etməsidir… Tənhalıq İlahidən sənə bir hədiyyə kimi verilmiş ömrü zay etdikdən sonra dönüb geri baxaraq peşman olub göz yaşı tökməkdir…Tənhalıq yaşlananda yanında sənə yatmazdan qabaq dərmanını içmək üçün su gətirən doğma birinin olmamasıdır… Tənhalıq bu qocalar evində pəncərədən həyətə baxaraq xəyallara dalmaqdır. Tənhalıq keçmişə qayıdaraq həyatı yenidən yaşamaq istəyidir. Tənhalıq odur ki, elə hey nəyisə gözləyirsən, ancaq nə gözlədiyini bilmirsən, kimisə gözləyirsən, ancaq anlayırsan ki, o artıq gəlməyəcək…
Çıxıb gedirsən, bir kəsə bir söz demədən, izah vermədəm. Düşünürsən ki, yoxluğun hamı üçün, əsasən də sənin sevdiklərin üçün dözülməz olacaqdır. Ancaq sonradan anlayırsan ki, heç kim buna görə pis olmadı, ümumiyyətlə, heç kim bunun fərqinə belə varmadı...
📚🔔 Tatil zili çaldı!
Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞
Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Səiddən ayrılandan sonra evə tərəf gəldim. Soyuq payız küləyi əsirdi. Çox yorğun idim. Tənhalığımın yükü ağırlaşmışdı. Qədəmlərim süstləşmişdi. Qara jaketimə büründüm. Göyə baxdım.
– Allah! – dedim. – Bilmirəm, məni bu dünyaya niyə gətirmisən? Sənin mənə verdiyin taleyə razıyam, amma uşaqlarımı məndən alsan, sənə şükür etməyə heç nəyim qalmaz. Bu – ədalətsizlikdir. Onları məndən alma. Onları mənə bağışla....