Çox möhtəşəm idi.Əgər kitab oxumaqda çətinlik çəkdiyiniz dönəmdən keçirsinizsə ,bu kitabla davam edin.O qədər maraqlı davam edir ki, bölümlər arası fasilə vermək olmur.
Uzun zamandır oxumaq istədiyim, səhifə çoxluğuna görə (1500-2028 arası pdf-ə görə dəyişir) çəkindiyim, yarımçıq qoymaqdan qorxduğum kitabı bugün bitirdim.O qədər axıcı idi ki, hansı ara bitirə bildim bilmirəm.Vaxt azlığından məndə gec bitdi,amma əminəm bekar vaxtima düşsə 3-4 günə ,o da səhifə sayına görə, bitirmək mümkündür.Mənə bu əsəri sevdirən ən sevdiyim seriallardan biri olan "Ezel " serialının bu kitabın intiqam motivləri əsasında çəkildiyini bilmək idi.Şiddətlə tövsiyə edirəm.Ezel Bayraktar'ın hekayəsini sevmisinizsə,Ramiz dayının sözləri hələ də ağlınızdadırsa,onda Edmond Dantesi və Rahib Fariani da çox sevəcəksiz.Şiddətlə tövsiyə edirəm.