Ceci

10/10
·152 syf.··
Beğendi
·
2021 3. kitabı
George Orwell «Heyvanıstan» əsərində siyasətin həqiqi üzünü asan dildə insanlara başa salmaq istəmişdir. Bir növ müəllif heyvan simvolları vasitəsi ilə müəyyən fikri üstüörtülü şəkildə oxuculara çatdırmışdır. Əsərin əvvəlində insanlar tərəfindən heyvanlar üzərində avtoritar rejimin hakim olduğunu görürük. Yaşlı mayor donuz ölümündən qabaq heyvanlar arasına bərabərlik və azadlıq ideyaları gətirir. Bu obrazın siyasi lider Leninin timsalı olduğunu açıq şəkildə görmək mümkündür. Leninin ölümündən sonra nəşinin uzun müddət saxlanılması ilə qoca mayorun sümüklərinin saxlanılması bir-biri ilə səsləşir. Digər heyvanlar da, xüsusən donuzlar bu ideologiyalarını davam etdirirlər. Napoleon-İosif Stalin, Snowball-Leon Troçkini simvolizə edən əsər qəhrəmanlarıdır. İnsanı devirən heyvanların başına donuzlar keçir. Hər şeyi heyvan bərabərliyi üçün edən bu ikili yola verməsələr də 7 bəndlik əsasnamə hazırlayırlar. Napoleonun əmri ilə Snowball ''xalq düşməni'' damğası ilə tərbiyələndirdiyi vəhşi itlər(KQB simvolu) tərəfindən qovulur. Beləliklə hakimiyyət bir donuzun əlinə keçir. Səslərini çıxarmayan heyvanları isə dəhşətli aqibət gözləyir. SSRİ-də (1937-38) olduğu kimi heyvanların etmədiyi əməllər zorla onların  üzərinə qoyulur və vəhşi itlər (KQB) tərəfindən öldürülür. SSRİ-də baş vermiş bu qanlı həqiqəti biz İ.Əfəndiyevin «Sevgilərin cəhənnəmdə vüsalı» pyesində görə bilərik. Bütün bu olanlara baxmayaraq Napoleon xəstələnəndə heyvanlar təşviş keçirirlər. Cəllədına aşıq olmuşsa bir millət, İstər azan, istər zəng dinlət. Etiraz etmirsə sürü kimi illət, Layiqdir ona hər cür zillət.                      Ömər Xəyyam Din barəsində söhbəti qarğa (uzun ömürlülük simvolu) edir. Noğul dağı adlı rifah bir yerin olduğunu deyir. Donuzlar buna inanmasa da qarğanı qovmurlar. Çünki SSRİ-də
Hayvan ÇiftliğiGeorge Orwell · Can Yayınları · 2024296,8bin okunma