📚🔔 Tatil zili çaldı!
Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞
Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
– Bəs siz kimsiniz axı?
– Müəyyən etdinsə, deməli, onu məhdudlaşdırırsan.
– Ah, heç olmasa, mənə bir ipucu verin...
– İplər qırılır. Siz labirintdə azmaq təhlükəsi ilə üzləşə bilərsiniz.
– Qorxmayın! Bizim həmvətənlərimiz özlərini portretlərdə görəndə heç vaxt tanımırlar.
– Axı onlar soyuqqanlı, praktik adamlardır...
– Daha doğrusu, hiyləgər və ehtiyatlı adamlardır. Onlar haqq-hesab tərtib edərkən (yəni balans tutarkən) öz axmaqlıqlarını var-dövlətlə örtür, eyiblərini isə riyakarlıqla...
Elə günahlar var ki, onları xatırlamaq törətməkdən daha şirin gəlir adama; məsələn, qələbələr var ki, səndə ehtirasdan
daha çox qürur doğurur; sənin qəlbindəki sevinc duyğularını oyadır və bu sevinc hissi digər hisslərdən fərqlənir.
"Roman yazmaq ürəyinizdəki qaranlığın dibinə enməkdir"- deyir dünyaca populyar olan və əsərləri 50 dilə tərcümə edilən yapon yazıçısı Haruki Murakami və "Peşəm yazıçılıqdır" kitabında oxucularını özünün indiyə qədər keçdiyi yazıçılıq yolu ilə tanış edir.
Hər bir yaradıcı insanın müəyyən uğur zirvəsinə gəlib yetişməsi üçün hansısa nöqtədən başlaması vacibdir. Kimsə birdən-birə kibrit çöpü kimi qısa zamanda yanıb qurtara bilməz. Doğrudur, tarixdə tez yanıb tez bitən dahi yaradıclar da olub. Motsart, Van Qoq, Frans Kafka kimi və s. yaradıcı insanları misal göstərə bilərik. Amma bunu da bilirik ki, insanlar fərd olaraq ayrıdırlar və onların hamısı eyni formada və ya eyni sürətlə yarada bilməz.
Bu gün hardasa kiçiyindən tutmuş böyüyünə qədər bir çox oxucunun sevgisini qazanmış məşhur rus yazıçısı Lev Tolstoyun gündəliklər yazmaq macərasını gözlərim önündə canlandırıram. Daima nələrisə dəftərinə qeyd edir, sonra onları dönə-dönə oxuyur, bəyənmədiyi cümlələri və ya sözləri silir, bəzi məqamlarda yazdığından utanır, yaxud xoşuna gəldiyi üçün fərəhlə sevinir və günlərin bir günü "Uşaqlıq" adlı povestini gün işığına çıxarır. Bununla da böyük ədəbiyyat dünyasında addımını atır.
Belə olan vəziyyətdə ortaya sual çıxır. Yazıçlıq bir peşədir, yoxsa yaradıcılıq fəaliyyətidir?
Yazının devamı: ceylanmumoglu.com/article/haruki-...