Andrey Platonov'un özü müharibədə ön cəbhədə iştirak etdiyi üçün Qayıdış kitabında insanların psixalogiyasını,müharibənin insan həyatına təsirini çox gözəl şəkildə izah edib.
Düzünü desəm mən kitabı nə çox bəyəndim nə də bəyənmədim.Həmçinin müəlliflədə ilk tanışlığım idi.Onun üçün bəlkədə arada qaldım.Amma kitabın axıcılığına söz ola bilməz.
İvanov 4 il müharibədə ön cəbhədə iştirak edib.4 ilin sonunda müharibə bitər-bitməz öz yurduna,ailəsinin yanına qayıtmaq istəyən İvanov cəbhədən bəri tanıdığı bir xanımın yanında 2 gün qalır.Daha sonra ailəsinin yanına qayıdan baş obrazımız ailədə soyuq qarşılanır.Həmçinin özü də öz evində yad bir insan olduğunu anlayır.
Mən ən çox uşaqlara üzüldüm.Atasını tanımayan qızına,yaşından böyük davranan oğluna...
QayıdışAndrey Platonov · Qanun nəşriyyat · 2021503 okunma