Çinar Hacıyev

Çinar Hacıyev
@Chinar_Hajiyeff
6/10
·272 syf.··
2026 12. kitabı
Yazar burda da tempi yaxşı tutmuşdu. Ancaq finalı Malma stansiyasındakı kimi güclü olmadı. Yaxşı bir partlayış gözləyirdim, təəsüf ki olmadı..........
17 HaziranAlex Schulman · Timaş Yayınları · 20261,550 okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
8/10
·190 syf.··
2026 6. kitabı
Uşaqların dilindən bir neçə əsər oxumuşam, amma bu tamam başqadır. Romanın hekayəsi də üz qapağı kimidi. Her səhifədə kədər, ağrı, travma var. Əsər Fransada iki obrazın balaca həyatlarından bəhs edir. Almanların əsir düşərgəsində olmuş və sonrakı dövrdə bədənini satan yaşlı yəhudi qadın Rosa və başqa bir bədənini satan ərəb qadın Aişənin oğlu Momonun (Muhammed) bir-birlərinə ailə olmaları incəliklə təsvir edilib. Arxa fondaysa küçə həyatı, ərəb ölkələrindən və Afrikadan gələn insanların, fahişələrin, pezəvənglərin, transgenderlərin həyatı göstərilib. Fərqli əsərdi. Baglanma stilləri, travma və travma sonrası stres pozuntusu, şüur altı obrazlar üzərində dəqiq göstərilib. Məncə hər yazar belə əsər yarada bilməz.
Onca Yoksulluk VarkenRomain Gary (Emile Ajar) · Sel Yayıncılık · 20225,8bin okunma
Puan vermedi·136 syf.··
2026 3. kitabı
Əsərdə daha çox Avropa, Azərbaycan və Ermənistanın dəyərləri və ailə məvhumu gözümə batdı. Ən dəqiq təsvirsə ağır vəziyyətdə olan Azərbaycan və Erməni şovinizmiydi. Yazar incə detallarla 90-cı illəri, Qarabağın işğalını, xalqın vəziyyətini dəqiq təsvir edib. Kiçik olsa da məndə xüsusi təsir buraxdı.
Nikolya Boneni Şərqə Aparan HekayəSeymur Oruc · Strauss Nəşriyyatı · 202341 okunma
7/10
·250 syf.··
2026 2. kitabı
Müəyyən boşluqlar olsa da atmosfer incə və dəqiq təsvir edilib. Elə hiss etdirirdiki sanki ordayam. Obrazlarla birgə yağışın altında islanır, köhnə neft qoxan otaqlarda gəzişirəm. Havanın hadisələr kimi qaranlıq və gözü yaşlı olması əsərə ayrı gözəllik qatıb. Ümumi baxsaq gözəl əsərdir.
Ölüdaşıyanlar Üçün Təlimat KitabıFuad İsayev · Strauss Nəşriyyatı · 202616 okunma
Puan vermedi·364 syf.··
2025 20. kitabı
Hekayədə pedofil Humbertin və qurbanı Lolitanın həyatlarını oxuyuruq. Diqqətimi çəkən əsas hissə isə Nabokovun məsələlərə Freyd kimi yanaşmasıydı. Travma, süur altı, psixoanalizin dərin qatlarına incə şəkildə toxuna bilib. Əsər sürətli getməsə də axıcı və düşündürücüdür. Obrazlar özünü inandıra bilir. Xüsusən Humbertin psixoloji durumu çox dolğun göstərilib. Lolitada bəzi axsaqlılar olsa da əsərin dəyərinə təsir etmədiyini düşünürəm.
LolitaVladimir Nabokov · İletişim Yayınevi · 20193,527 okunma