Sən mənim köksümdə çarpan ürəksən,
Mən sənin köksündə - kiçik bir zərrə.
Mənə qanad verən odlu diləksən,
Adına, özünə Vətən deyirəm,
Çölünə, düzünə Vətən deyirəm...
İngilizce öğretmeni
Lisans (English teacher) Yüksek linans ( English linguistics ) TESOL
Axtaran insanın gözü, - Siddhartha davam etdi, -daim axtardığını görür, başqa heç bir şeyi görmür, qəbul etmək istəmir. Ancaq axtardığı şey barədə fikirləşir, yalnız bir məqsədi olur. Axtarmaq - bir məqsəd üçün yaşamaqdı. Tapmaq isə azad olmaq, qapıları taybatay açmaq, heç bir məqsədin olmamasıdı.
Özünü unutmaq, dincliyə çatmaq, ölmək istəyirdi. Kaş indi onu ildırım vuraydı! Kaş haradansa bir pələng çıxıb onu tikə-parça edəydi! Kaş elə bir şərab, elə bir zəhər içəydi ki, onu məst edib hər şeyi ona unutduraydı, onu yatırda və bir də heç vaxt oyanmayaydı! Bulaşmadığı çirkab, eləmədiyi günah, axmaqlıq qalmamışdı, dərin bir mənəvi boşluğun içində idi. Bundan sonra yaşaya biləcəkdimi?