Vəfa Qəribli

Vəfa Qəribli
@DarkAtreides
Korkunun özünde yaşayarak varlığını sürdüren ressam
Ressam
Baku
Baku, 26 Mart 1995
129 okur puanı
Ağustos 2020 tarihinde katıldı
10/10
·88 syf.··
Beğendi
·
2021 25. kitabı
Əfsanəvi ustad yazar Howard Phillips Lovecraft'ın say etibarilə minlərlə hekayələrinin olmasını var saysaq, "innsmouth'un üzərindəki kölgə" adlı hekayəsi yaratmış olduğu qorxunun yalnız kiçik bir hissəsini təşkil edər. Kiçik amma bir o qədər də dərinlərdə özünə yuva qurmuş qorxunun təməli deyə bilərəm. —Robert Block və bir çox gothic janrına xitab edən yazarların ilham qaynağı məhs Lovecraft olmuşdur. Yazara olan rəğbətimi heç bir cümlələr izahlayamaz. Çünki məhs gerçək qorxunun görüntüsünü düşündürücü yöndən ağıllarda taxt qurduraraq aşılayır. Mənsə arxama yaslanaraq "innsmouth'a" gedən yolda məchul obrazımızın dilindən qorxunun sıradan təsadüfi duyğu olmadığını dərk etməyə başlaram. Hekayənin ən başından sonunadək adsız qəhrəmanımızda yaranan sıradan marağın daha sonra təhlükəli hətta özünə dönüşümün bir parçası olacağının düşüncəsini belə xəyal edə bilməzdik yəqinki. Şeytanpərəst sektalardan daha gerçekçi olan "DAGON və ASHTORETH" "BELIAH və BELZEBUB " çevrilişin təməlini dərin sulardan başladar. Hansı ki, adını belə qoymaqda çətinlik çəkəcəyimiz varlıqların yerüstü dünyaya meyl etməsiylə qırılmış bağların bərpasını insan vasitəsilə reallaşdırar. Və həmin gündən cəhənnəmə açılan qapı "innsmouth'dan keçər.
Innsmouth'un Üzerindeki GölgeH. P. Lovecraft · İthaki Yayınları · 20201,478 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Puan vermedi·168 syf.··
Beğendi
·
2021 24. kitabı
"Anneler bazen fazlaca baskıcıydı ama çocukların hepsi baskı altına alınmaya göz yummuyordu." - Görünürdə isə psiko qəhrəmanımız Norman Bates bu fikrin tam tərsini yaşayırdı. Gothic janrında olan Sapık əsəri əslən real hadisələrə dayanılaraq 90 ci illərin dillərdən düşməyən seriyalı qatili Ed Gein'ə xitabən yazılıb. Qatilimizi canlandıran Norman Bates'in uşaqlığına qədər uzanan psixoloji yaşantısı özündən savayı bir kimsənin diqqət mərkəzində olmayıb. Bütün arzu və istəklərini heçə sayan anasının Norman'a yaşatdığı travmanın səbəbi, ən qorxulu sirrə çevrilmişdi. Hansı ki, uzun illərlə Normanın vicdan əzabını bir nəbzə belə azaltmayıb. Əsərin psixoloji yöndən oxucuya çatdırılması vacib bəzi mesajlardan biri də valideyn övlad münasibətləridir. Bu hekayədə şiddətin rolu psixoloji basqıdan yol alaraq xəstə ruhlu qatilin yaranmasına təkan olar və burda valideynlərin də payı az olmaz. Norman'ın yaşlı, baxıma möhtac anasına olan məsuliyyəti onu "Bates Hotel"ə məhkum edər və 20 ilə yaxın sirrin pərdəarxasında baş verənlər qurbanlarına hotelin qapılarını açıq qoyar.
SapıkRobert Bloch · İthaki Yayınları · 2020862 okunma
9/10
·400 syf.··
Beğendi
·
2021 23. kitabı
Junji İTO 'dan' Gəzən dəhşət' hekayəsi qorxusuz bir cismi belə vahiməyə salacaq yöndən mangadır. Tadaşi və Kaorinin Okinava səyahətinin sıradan bir gecəsində, yayılan qoxu nəticəsində kabusun ilk günü başlar. Həmin qoxunun hansı cins bir canlıdan gəldiyini Tadaşi kəşf edəndə gözlərinə inanmaz, çünki bu gəzən balıqdır.
Gyo: Kıpırdanan DehşetJunji İto · Gerekli Şeyler · 2019537 okunma
Puan vermedi·128 syf.··
2021 22. kitabı
Gothic janrının əvəzsiz kraliçası hesab etdiyim Mary Shelley'in qələminin müdrikliyini, hekayələr toplusundan ibarət olan 'Karanlık yazılar' kitabını mütaliə etdiyim də şahid oldum. Belə ki hekayələrin bir biri ilə bağlantısız sürətdə yazılması, qorxunu və həyəcanı hər səfərində sil başdan edərək əvvələ döndərib yeni duyğuların ağuşuna atması təsadüf deyildi. Mary bu işi ustalıqla bacarırdı. —Ölümlü ölümsüz —Roger Dodsworth —Dirilen ingiliz —Dönüşüm —Hayaletler üzerine —Dirilen Romalı —Kem gözlü —Rüya Daha dərindən yaddaşımda özünə yer edinən hekayələr : Roger Dodsworth, Dönüşüm, Ölümlü ölümsüz.
Karanlık YazılarMary Shelley · İthaki Yayınları · 2020281 okunma
Puan vermedi·480 syf.··
Beğendi
·
2021 21. kitabı
·
3 günde okudu
·
Okunma: 11 Mayıs 2021 20:34
Chris Carter'in fövqəltəbii gücündən ilham alaraq, ərsəyə gətirdiyi 'Kanlı selfie' romanı (dedektif/polisiye) gözləntimin çox üzərində oldu. Əslən kitab seriya şəklində yayımlanmış olsa da hər kitabda fərqli fərqli sirli cinayətlərdən söz edilir. Kanlı selfie hekayələrin başlanğıcı deyil əslində davamı idi. Baş qəhrəmanlarımız dedektiv Robert Hunter və qarşısında görünməz sədlə dayanan qatil idi. Hunteri digər dedektivlərdən ayıran yönü hədəfinin psixologiyasını empati quraraq analiz etməsidir. Ancaq bu dəfə Hunterin qarşısında özünün də qeyd etmiş olduğu IQ səviyyəsi aşağı deyil də əksinə həddən artıq hiyləgər cinayətkar vardır. İşlənən cinayətin pərdəarxasını görmək üçün dəlilləri izləmək gərəkdi, bəs ortada dəlil yoxsa necə? Haqqında ürəkdolusu danışmaq istədiyim kitabların siyahısına daxil olan Kanlı selfie'nin Kitab incələməsini yarım qoyduğumu düşünə bilərsiniz ancaq həyəcanın digər yarısını da siz mütaliə edərkən yaşayın istəyirəm
Kanlı SelfieChris Carter · Arkadya Yayınları · 2019417 okunma