“Görünür, Şeyx Nizaminin vəsf etdiyi ədalət anlayışı ancaq kitablarda var. Görünür, taxt-tac ancaq özünün düşmənlərinə arxalanmalıdır, yaltağa, ikiyüzlüyə, xainə arxalanmalıdır.”
Biz beşikdə ana laylayı ilə uyumuşduq. Bəlkə də ona görə, heç bir qüvvə bizim qəlbimizə musiqi qədər hakim ola bilmirdi. Heç bir qüvvə bizdə bu qədər peşman mərhəmət hissləri oyatmırdı..