Dr. Aysel.

Dr. Aysel.
@Doktor_Aysel
Öğrenci.
Azərbaycan Tibb Universiteti.Stomatologiya.
Azərbaycan.Bakı.
Azərbaycan., 25 Nisan 2004
282 okur puanı
Aralık 2021 tarihinde katıldı
#aljir #1937 #repressiya
9/10
·326 syf.··
Beğendi
·
2026 7. kitabı
·
13 günde okudu
·
Okunma: 16 Nisan 2026 18:39
"Vətən xainləri"nin həyat yoldaşlarının saxlanıldığı Akmol düşərgəsi... Xalqın qaymaqlarının məhv olduğunu düşünəndə ağlıma bu sual gəlir:Onlar yaşasaydı bu günümüzün insanı, xüsusilə də gəncləri hansı düşüncəyə, hansı kimliyə malik olardı ? Yenəmi Avropaya baxıb, oranın mənfi özəlliklərini təqlid edərdi, yoxsa vətəni üçün, xalqı üçün dayanmadan onları maarifləndirməyə çalışardı? Qələm tutan əllər həbsxanalarda, düşərgələrdə qandallanan əllər oldu... Və elə kitabdakı bu bayatı ilə sonlandırmaq istəyirəm düşüncələrimi: Sürgün oldum nahaqdan, Ayrıldım doğma xalqdan, Gözüm qaranı seçməz El deyib ağlamaqdan.
Tarih
AljirÜlviyyə Tahir · Səbat nəşriyyatı · 2024270 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
Puan vermedi·186 syf.··
2025 1. kitabı
·
6 günde okudu
·
Okunma: 26 Ocak 2025 07:22
Kitabı ikinci dəfə oxudum. İlk dəfə oxuyanda belə bir cümlə işlətmişdim. Dostoyevskini anladığımı ilk dəfə başa düşdüm. Amma indi də deyirəm ki, Dostoyevskini daha yaxşı anladım. Ümumiyyətlə kitabları ikinci dəfə oxumaq fərqli rənglər qatır düşüncələrə. Mənə görə bu kitabda tam bir Dostoyevski oxuyuruq. Çünki onun yazdığı cümlələr sıradan bir insanın həyatını tanımlayan cümlələr ola bilməz. İnsan tam bir OKP. Hər şeydən şübhələnməsi, bütün silahların sanki ona çevrilməsini düşünməsi. Yalnız bunu anlayan, bunu yaşayan biriləri bu kitabı yaza bilərdi.
Düşünce
Yeraltından QeydlərFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 2022159,6bin okunma
Puan vermedi·110 syf.··
2024 24. kitabı
·
7 günde okudu
·
Okunma: 28 Eylül 2024 18:30
Kitabdan: "İvan İliçin ölümü"nü yazanda Tolstoyun 58 yaşı var idi. Ölüm qorxusu yazıçını ən çox narahat edən mövzulardan biri idi. O bu əsərlə ölüm qorxusunu fəlsəfi-psixoloji cəhətdən təhlil edərək onun səbəbini tapmağa çalışdı və nəhayət, bu uzun hekayə ilə ölümü "öldürdü". Ivan İliç bacarıqlı, mehriban, hamıyla qaynayıb-qarışan bir insan idi. Özünü bütünlüklə işinə-prokurorluğa həsr etmişdi və bundan məmnun idi. Ancaq bir gün böyründə başlayan ağrı onu çənginə aldı; sakit, adi həyatını cəhənnəm əzabına çevirdi. İvanın canını ölüm xofu bürüdü:"Mən olmasam, guya nəsə baş verəcək? Heç nə olmayacaq. Bəs gedəndən sonra məkanım hara olacaq? Doğurdanmı, bu, ölümdür? Yox, istəmirəm..." İvan fiziki əzabla yanaşı, mənəvi əzab da çəkirdi. Ölümünə yaxın onda belə bir fikir formalaşdı: sən demə, bütün ömrünü, şüurlu həyatını yanlış yaşayıbmış, ruhi iztirabının səbəbi də bu imiş. Nəhayət, İvan İliç dincliyini əlindən alan həyati suallara cavab tapır.
İvan İliçin ÖlümüLev Tolstoy · Parlaq İmzalar · 202261,1bin okunma
Puan vermedi·136 syf.··
2024 19. kitabı
·
4 saatte okudu
·
Okunma: 28 Temmuz 2024 13:08
Balaca kitab olmasına baxmayaraq içində dərin mənalar kəsb edən səhnələrlə qarşılaşırıq. Çox oxuyub çox bilməyin bəzən insan başına bəla olduğunu görə bilirik. Bəlkə də dəlilər ağıllı ağıllı olanlar dəlidir. Bunu bilmərik. Həmçinin də bir insanın iztirabın nə olduğunu bilməsi üçün mütləq yaşamalı olduğunu görürük. Xüsusilə də başqalarının iztirabını duymaq üçün. Sonradan yaşadıqda isə gec ola bilər. Gec olduğu zaman da bir çox şeyi düzəltmək mümkün olmur. Xoş oxumalar.
6 Nömrəli PalataAnton Çehov · Parlaq imzalar · 202287,3bin okunma
Puan vermedi·144 syf.··
2024 18. kitabı
·
8 günde okudu
·
Okunma: 27 Temmuz 2024 18:39
Kırk yıllık Kânî, olur mu Yani? Həm məcazi sevginin həm də həqiqi sevginin yansıdığı məqamlar görürük. Amma necə məcazi sevgi?! Həsrətlə,özləmlə,illərlə gözlənib qovuşmadan qovuşulan ürəklər. Allah sevgisinə inqilab edən məcazi sevgilər. Məcnun olmaq Leyla olmaq mümkünmü əcaba? Ya o Bâki sevgiyə çatmaq nəsib olarmı bir gün? Ya Ebubekir Efendi olmaq? Tiyandafilası üçün pərvanə kimi yanmış bir Ebubekir Efendidən danışıram. Sevgimiz üçün işıq ətrafında fırlanan pərvanələrdən olaq inşəAllah.
Sevgi
Kitâb-ı Aşkİskender Pala · Alfa Yayıncılık · 20126,7bin okunma