Səni bizdən ayıran bu qara torpaq, dalğalı xəzər
Baxışına həsrət qoydu, ürək dağladı.
Vidasız gedişin, o səssizliyin,
Könülləri ağlatdı, dirək dağıtdı.
Sən ki belə etməzdin, qaçmazdın belə!
Nə oldu, uduzdun yalan-gerçəyə?
Həqiqəti bilirəm deyərdin hər an,
Nə oldu bəs uydun nankor hislərə!
Yoxsan aramızda artıq,
Olub yüzüncü gün.
Qəbrindən asmışıq, solur qızılgül.
Son nəfəsini verəndə düşündünmü heç,
Geridə qalacağ sənsizliyinlə,
Nə qədər çox insan, nə çox ömür- gün.
Gülək gözəl xatirələrin eşqinə,
yaxşısı, pisi.
Yadıma salıram o xoş günləri.
Gəl yenə oğurlayaq fələkdən bir gün,
Dayanma danış-gül, de güldür bizi.
Əlbət, qonağıq hamımız, biz də gedərik.
Amma belə olsun heç istəmərik.
Yaşatmaz ruhunu o soyuq məzar,
Yaşatmaq üçün biz ora, hər gün gələrik.
Nə tez keçir zaman, nə alçaq bir hiss.
Mərhəmət etmir zaman, qoymur gülək biz.