— Təhminə, bilirsən Füzuli nə deyir?
— Nə deyir axı?
Deyir ki:
Ey Füzuli, şami-qəm əncamına yoxdur ümid
Bir təsəllidir sənə ol söz ki, derlər var sübh.
— Başa düşdün?
— Az-maz.
— Bir də bu “derlər” sözünə bütün dünya poeziyasını dəyişmərəm. Başa düşürsən, derlər, yəni görməyib, eşidib deyirlər. Kimsə deyib ki, haradasa sübh var, bircə bu təsəlli olmasa, şami-qəmdən, yəni axşam qəmindən yaxa qurtarmaq olmaz.
— Mən indi bacardığımdan xalqıma xidmət etmişəm. Cəbhənin odunda-alovunda qanımızı tökəndə, elə biz sizin kimi cavanların bugünkü firavan gününü fikirləşmişik ki, siz belə-belə oturasız, kef çəkəsiz, xoşbəxt dolanasız. İndi sizin də borcunuz odur ki, bu yolda qan tökən adamlara lazımi hörmət-izzət göstərəsiniz. Böyüyün böyük yeri var, kiçiyin kiçik, yoxsa ara qarışıb məzhəb itsə, bu, yaxşı nəticə verməz.
Təhminə də düşünürdü. Danışa-danışa düşünürdü. İçməklə yox, keçmişiylə sərxoşdu. Elə bil uzaq günləri içib dəm olmuşdu. Danışıqları qarmaq kimi keçmişə ilişir, illər, aylar arxasında qalmış xatirələri çəkib çıxarırdı. Təhminə düşünürdü ki, adam heç vaxt qəlbən, ya zehnən, fikirlə ya hislə bəxtiyar olmur. Bəxtiyarlıq ancaq keçəri duyumların təsadüfiliyidir. Unudulmuş bir qorxunun, bir səsin, sözün, toxunuşun külək kimi yaddaşa qayıtması…
İnsanlar tüm hayatlarını birbirlerini kandırıp yalanlar söyleyerek geçiriyor ama daha da garibi, kimse buna özellikle içerlemiyor gibi görünüyor. İnsan hayatı öylesine halis, canlı ve şen şekilde ikiyüzlülükle dolu ki artık birbirlerini kandırdıklarının farkına bile varmadıklarını düşünmeye başladım.