Mən çoxlarını görmüşəm ki, bu
fikirdə olublar, yüzlərlə belələrini görmüşəm. Mən bu barədə çoxlu kitablar da oxumuşam. Onlar heç vaxt bir parça torpaq ala bilmirlər, bu yalnız onların arzusu olaraq qalır. Onlar həmişə danışırlar, lakin həyata keçmir onların danışığı.
...mən zənciyəm. Siz isə ağ dərilisiniz. Siz bir yerdə yaşayırsınız, bir yerdə kart oynayırsınız, mən isə yox, çünki mən qarayam. Hələ deyirəm ki, mən murdaram. Mən də deyirəm ki, siz də mənim üçün murdarsınız.