Gülər Babayeva

Gülər Babayeva
@Dr_Gul01
Gülümsə:)
Və sonunda o möhtəşəm kitab bitdi...
9/10
·376 syf.··
2026 3. kitabı
·
7 günde okudu
·
Okunma: 12 Mayıs 2026 21:54
İlk öncə kitab üçün əziz dostum Jamess -ə təşəkkür edirəm. Tək kəlimə ilə möhtəşəm idi. Kitabda dedektiv, gerilim və psixoloji vəziyyətlər əsas yer tuturdu , - ən çox bəyəndiyim janrlarr . Bəyəndiyim başqa bir cəhəti isə , kitabın yazarının həkim olması səbəbindən tibbi biliklərə də yer verilməsi idi. Böyük maraqla oxudum. Favori kitablarım ve yazarlarım arasına sözsüz ki daxil oldu .
CerrahTess Gerritsen · Doğan Kitap · 201817,2bin okunma
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”
8/10
·420 syf.··
2025 12. kitabı
·
6 günde okudu
·
Okunma: 09 Kasım 2025 10:56
Hər bir gənc qızın və gənc oğlanın oxumağı lazım olan kitablardan biridir. Bu kitab yaxınlarına görə öz azadlıq və xoşbəxtliyindən məhrum olan bir qadından- Məsumədən bəhs edir. Bütün əsər boyu Məsumənin gücünə, əzminə və səbrinə heyran qaldım. Qadın olmaq əsrlər boyunca çətin olub, hələ də davam edir. Min bir bəla ilə Orta məktəbi oxuması , Universitetə qəbul olması - heyif ki sonra diplom ala bilmədi , o zamana görə maşın iradə edə bilməsi , tək başına 3 uşaq böyütməsi heç kimə qiymətli bir şeymiş kimi görünməyib . Məsumə atasının qızı , qardaşlarının bacısı , Həmidin yoldaşı , uşaqlarının anası kimi qiymətləndirildi hər zaman. Kitabın sonuna həqiqətən kədərləndim . Onları əziyyətlə böyüdən anaya , öz rahatlıqlarını düşünüb, təmiz bir xoşbəxtliyi çox gördükləri üçün kədərləndim. Kitabda mənfi obrazlar mənə daha çox təsir etdi . Çünki həqiqi həyatda da belə insanlar çoxluq təşkil edir.Özü hər cür işi görüb , hansısa qadını günahlandırsın deyə cuzi nəsə axtaran Əhmədi , din adı altında min hoqqadan çıxan Mahmudu , xalqın azadlığı uğrunda canından keçməyə hazır olub , öz balaca xalqına- ailəsinə ədalətsizlik edən, onları yalnız qoyan Həmidi əsər boyunca heç sevə bilmədim. Bir qadının çətinliklərini, pis və ya yaxşı hallarda keçirdiyi hissləri , əzmini , səbrini , yaşadığı bu azadlığı əlindən alınmış həyatı, lakin daxili azadlığını qoruyub saxlamağa çalışmasını ancaq bir qadın bu qədər gözəl ifadə edə bilərdi.
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20132,404 okunma
9/10
·400 syf.··
2025 7. kitabı
·
20 saatte okudu
·
Okunma: 11 Mart 2025 08:53
Qələmini bəyəndiyim bir yazarr... Kitabı başdan sona böyük maraq və səbirsizliklə oxudum . Mario Mazzanti hadisələri bir- birinə o qədər gözəl bir mahərətlə bağlayır ki... Mövzu mənim də mütaliə etməyi sevdiyim psixoloji vəziyyət olan- bipolar pozuntu, yəni şəxsiyyət ikiləşməsi mövcud olan bir seri qatildən bəhs edir . Bir bədəndə neçə ruh yaşaya bilər ? Baş rolumuzda bir - birindən ayrı xarakterə malik 10 şəxsiyyət var. Yazarın həqiqi həyatda baş verən 24 şəxsiyyət ikiləşməsi yaşayan Billy Milligan hadisəsindən ilham aldığı məlumdur. Tək kəlimə ilə nəfəs kəsici bir kitab idi. Sonu daha da maraq doğurur, otopsiya zamanı diş həkimi rentgeni ilə qatilin qaçdığı aşkarlanır. 444 basamak adlı kitab isə , On içimdəki qatil kitabının davamıdır , oxumağa səbirsizlənirəm.
On İçimdeki KatilMario Mazzanti · Sonsuz Kitap · 20171,859 okunma
8/10
·104 syf.··
2024 12. kitabı
·
7 saatte okudu
·
Okunma: 31 Temmuz 2024 16:13
İnsanlığı taxtdan salan heyvanlar köləlikdən qurtulduğu sabahların daha gözəl olacağına inanırdılar. İnsan və insana aid olan izlər silindikcə xoşbəxtlik içində həyatlarını keçirirdilər . Başçı donuzların rahatlığı üçün daha çox çalışmaq , yaddaşlardan həqiqətin silinib yerini yalanların alması , gözlərin üstadların xeyrinə boyanması bu xoşbəxtliyi sonsuz etmədi. Və nəticə insanların heyvanlaşması , heyvanların insanlaşması ilə son tapdı. Bu kitabı çoxdandır oxumaq fikrim var idi , amma haqqında o qədər danışılmışdı ki , istər istəməz marağım yox olmuşdu . Və indi isə oxudum , oxuduğum üçün də məmnunam. Təhlil edərkən , kölə edilən heyvanlara öz-özümə " Bu qədər həqiqətləri görməmək üçün ciddən kor, kar olmaq lazımdır" deyirdim. Amma "toz pembe yalanlara " zamanında çox inanmışıq bizdə:)
Hayvan ÇiftliğiGeorge Orwell · Türkiye İş Bankası Kültür Yayınları · 2021296,3bin okunma
6/10
·344 syf.··
2024 6. kitabı
·
3 günde okudu
·
Okunma: 20 Mart 2024 14:42
Bu kitabı oxumazdan əvvəl dünyanın hər yerində qadınların çətin həyatı olduğunu bilirdim. Amma kitabı oxuduqdan sonra bu çətinliyin coğrafiyadan asılı olaraq daha da əzablı, dözülməz hal aldığını öyrəndim. Səhra çiçəyi kitabında Somalili balaca bir qızın dünyaca məşhurlaşan güclü qadına , güclü şəxsiyyətə çevrilməsindən bəhs edir. Amma bu çevriliş Varis üçün heç də asan olmayıb. Müxtəlif zamanlarda düşdüyü müxtəlif çətinlikləri oxuduqca tərif edə bilməyəcəyim hisslər keçirdim. Kitabın xoşbəxt sonluqla bitməyinə sevindim . Lakin nağıllarda və bu kitabda olduğu kimi hər zaman xoşbəxt sonluqlar olmur . Qadınlar yaşından , yaşadığı ərazidən , işindən asılı olmayaraq həmişə çətinliklərlə üzləşirlər . Həyatın " acı gerçəklikləri" adlanan bu mövhumla barışmaq yerinə , mübarizə aparmağa mən öz adımdan daim hazıram.
Səhra ÇiçəyiWaris Dirie · Qanun Nəşriyyatı · 201411,6bin okunma