#30gün30kitab 27-ci gün
Hekayədə sərt təbiət, amansız soyuq və vəhşi mühit fonunda insanın yaşamaq uğrunda mübarizəsini təsvir edilir. Əsərdə qəhrəmanların iradəsi, inadkarlığı və təbiətlə mübarizəsi ön plana çıxır. Londonun təsvirləri oxucunu sanki Şimalın buzlu səhralarına aparır və insanın həm gücsüz, həm də güclü tərəflərini göstərir.