M.

M.
@Efsii
Bakı Dövlət Universiteti (Tarix)
Azərbaycan
Azərbaycan, 29 Kasım 2002
4 okur puanı
Ağustos 2021 tarihinde katıldı
Dəqiq bilmirdim hansı ölkənin sərhədləridir. Amma ya Rusiya ya da Gürcüstan olmalı idi. Belə baxanda bilmək olmur axı. Ağaclar eyni, meşələr eyni, dağlar eyni. Ancaq biz insanların ağlına gələ bilər ki, bu yerlər arasında fərq var. Biri Rusiyadı, biri Azərbaycan.Ya da ki Norveç, ya da ki Yunanıstan. İnsanlar niyə özlərini belə çətinə salırdılar? Niyə özlərinə süni qəfəslər yaradırdılar? Sərhədlərlə öz yollarını kəsirdilər. Biz dənizdəki balıqlar kimiyik. Allah balıqları dənizdə yaratdı, bizi yer üzündə. İndi hər bir balıq istədiyi yerə üzə bilər. Amma biz torpaqları çəpərlərə saldıq. Hətta ən axmaq balıqlar belə sonsuz böyük dənizin içində özlərinə akvarium düzəldib içinə girməzlər. Bunu yalnız insanlar edə bilər.
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Biz dünyada birliyin tərəfdarıyıq. Biz sərhədsiz, eyni dildə danışan, bərabər insanların dünyasında yaşamaq istəyirik. Süni olan heç bir şey olmamalıdır. Sərhədlər isə sünidir. Onları biz çəkirik, istəyəndə də dəyişirik. Quşların nə sərhədi var, nə də ki xarici pasportu. Və biz heç vaxt görməmişik ki, bir dəstə quş başqa bir dəstə ilə müharibə etsin. Təbiətin öz harmoniyası var. Onu pozmaq olmaz. Dünyada iki millət var. PİS insanlar və YAXŞI insanlar. Dünyada iki dil var YALAN və HƏQİQƏT. Dünyada iki ölkə var CƏNNƏT və CƏHƏNNƏM. Ən ideal ölkə cənnətdirsə bilin ki orada nə Banqladeş var, nə İtaliya, nə də ki Kosova. Əgər kimsə yəhudiləri pisləyirsə bilsin ki, HZ.Musa da yəhudi olub. Əgər kimsə türkləri tərifləyirsə bilsin ki, Dədə Qorqud da türk idi. Amma Qıpçaq Məlik də türk idi. Hər millətin içində pis də var, yaxşı da var. İnsanlara insanlığına görə qiymət verək