Bəlkə də bu xəbərin arvadına bu qədər təsir edəcəyini əvvəlcədən bilsəydi, öz günahlarını arvadından daha yaxşı gizlətməyi bacarardı. O, heç zaman bu məsələni əməlli-başlı götür-qoy etməmişdi, amma tutqun şəkildə bilirdi ki, arvadı onun xəyanətini çoxdan duysa da, bu məsələyə barmaqarası baxır. Hətta elə düşünürdü ki, artıq üzülmüş, qocalmış, gözəlliyini itirmiş və heç nəylə diqqəti cəlb etməyən sadə bir qadın, yalnız uşaqlarının mehriban anası olan arvadı məsələyə ədalətlə yanaşdıqda hətta güzəştə getməlidir.
Bütün xoşbəxt ailələr bir-birinə bənzəyirlər,bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir
*Mutlu aileler birbirine benzerler,her mutsuz aileninse kendine özgü bir mutsuzluğu vardır