Elçin Caniyev

Elçin Caniyev
Lerik, Azərbaycan
48 okur puanı
Aralık 2021 tarihinde katıldı
Şu anda okuduğu kitap
6/10
·400 syf.··
2024 7. kitabı
·
22 günde okudu
·
Okunma: 22 Kasım 2024 21:41
Kitabın hardasa ilk 200-250 səhifəlik qismi çox yaxşıdı. Burda Arsen Vengerə dair çox şey öyrənirik. Amma qalan qisimdə kitabın 2006-da nəşr olunmağı və Vengerin 2018-ə kimi Arsenal baş məşqçisi olması gələcəyə dair fikirlərin çoxunun altının boş olduğunu göstərir. Altı boş olan fikirlər kimi gələcəyə dair düzgün hesablamalar da var, məsələn Avropa Superliqası ideyası. Mən bir yerdən sonra çox sıxıldım, kitab bitmək bilmədi. Amma, özəlliklə Vengerin gənclik dönəmlərinə dair bilgi əldə etmək üçün dəyərli kitabdır. Kitaba xalım 6.5/10
Profesör Arsene WengerXavier Rivoire · İndigo Yayınları · 20239 okunma
Reklam
8/10
·222 syf.··
Beğendi
·
2022 21. kitabı
·
8 günde okudu
·
Okunma: 09 Nisan 2022 22:41
Cek London bu kitabı 1902-ci ildə bir neçə ay ərzində Şərqi Londonda yaşadığı təcrübələrə əsasən yazıb, bir növ xatirələrini qeyd edib. Ən yüksək empatiya halında-xalqın arasına qarışaraq onlardan
Uçurum İnsanlarıJack London · İletişim Yayınları · 20254,551 okunma
7/10
·267 syf.··
2022 13. kitabı
·
5 günde okudu
·
Okunma: 06 Mart 2022 22:40
Dostoyevskinin "İnsancıklar" əsərinində Makar və Varvara arasında Qoqolun "Palto"sundan bəhs edilir. Obrazlar arasındakı söhbəti daha yaxşı anlamaq üçün Qoqolun hekayəsini oxudum. Yazarın ironik üslubu çox xoşuma gəldi və onun kitablarını xronolojik oxumağa başladım. Qoqolun sonradan satışdan toplayıb yandırdığı uğursuz şeir kitabını saymasaq "Dikanka yakınlarında bir çiftlikte akşam toplantıları" onun ilk kitabıdı. Kitab 2 hissəyə ayrılır, hər hissədə də 4 hekayə mövcuddur. Kitabdakı hekayələrdə sadə insanların həyatına şər qüvvələrin qarışıb onları dəyişdirməsi və obrazların bunlara verdiyi/verə bilmədiyi reaksiyalar ilə həyatlarının şəkillənməsini oxuyuruq. Bu və bənzəri fantastik elementlər ilə yanaşı az qala hər hekayədə romantikaya da yer verilib. Kitabdakı ən çox sevdiyim hekayə olan "Bir Noel Gecesi" də bu qəbildəndir. Kitabdakı son 2 hekayə olan "Büyülü yer"(bir irəliləyiş yoxdu deyə) və "İvan Fyodoroviç Şponka ile teyzesi"(yarımçıq qalıb deyə) sevmədim. Yerdə qalanlar isə müəyyən bir standarta sahibdir, möhtəşəm olmasalar da oxumağa dəyər. Hekayələrdə Qoqolun anadan olduğu Soroçinets/Ukrayna təsvirləri çox gözəldi. Kitabda bu əraziləri özünə məskən tutmuş Kazaklara xüsusi yer ayrılıb . Onlar öz cəsarətləri ilə hadisələrin mərkəzində dururlar.
Dikanka Yakınlarında Bir Çiftlikte Akşam ToplantılarıNikolay Gogol · Türkiye İş Bankası Kültür Yayınları · 2018891 okunma
8/10
·240 syf.··
Beğendi
·
2022 4. kitabı
·
8 günde okudu
·
Okunma: 26 Ocak 2022 00:06
"Sonra qadınlara necə aşiq oldumsa, futbola da elə aşiq oldum. Anidən, açıqlaya bilmədiyim şəkildə, haqqında düşünmədən, gətirəcəyi ağrı və baş qarışıqlığını düşünmədən" İngilis yazar Nick
Futbol AteşiNick Hornby · Sel Yayıncılık · 201169 okunma
4/10
·112 syf.··
2022 5. kitabı
·
5 günde okudu
·
Okunma: 27 Ocak 2022 01:06
Kitabın ilk 60 səhifəlik qismi klub tarixi, uğurları, unudulmaz maçları və əfsanələrinə ayrılıb. Qısası rahatlıqla vikipediyada daha geniş şəkildə tapıla biləcək məlumatlardan ibarətdir. Bundan sonrakı hissədə isə klubda oynayan futbolçular haqqında qısaca məlumatlanmaq mümkün olur. Lakin, məlumatlar 2020 sentyabrında mövcud olan heyətlə bağlıdı. Bu o heyətdə adı çəkilən 23 futbolçudan günümüz etibarı ilə 7-si ilə yollar ayrılıb. Bir neçəsi icarəyə yollanıb və bir neçə nəfərin də satılması gündəmdədi. Odur ki, tezliklə güncəlliyini itirəcək məlumatlardansa klub tarixinə və ideallarına daha ətraflı baxış atmaq çox daha uğurlu olardı
ArsenalSedat Kaplan · Siyah Beyaz Yayınları · 20207 okunma
Reklam