Elçin Caniyev

Elçin Caniyev
Lerik, Azərbaycan
48 okur puanı
Aralık 2021 tarihinde katıldı
Şu anda okuduğu kitap

Elçin Caniyev

, bir kitap okudu
Puan vermedi·192 syf.·
12 günde okudu
·
Okunma: 28 Eylül 2019 00:00
·
2019 2. kitabı
Christy Brown
8.3/10 · 94,9bin okunma
Reklam
8/10
·240 syf.··
Beğendi
·
2022 4. kitabı
·
8 günde okudu
·
Okunma: 26 Ocak 2022 00:06
"Sonra qadınlara necə aşiq oldumsa, futbola da elə aşiq oldum. Anidən, açıqlaya bilmədiyim şəkildə, haqqında düşünmədən, gətirəcəyi ağrı və baş qarışıqlığını düşünmədən" İngilis yazar Nick Hornbynin bu əsəri avtobioqrafik xarakter daşıyır. Valideynləri ayrılmış yazarın atası övladları ilə daha çox vaxt keçirmək üçün onları iş vaxtındakı problemlərlə bağlı zooparka deyil, kinoteatra və ya restorana apara bilir. Lakin, qarşısında səssiz sakit heç nəyə reaksiya verməyən uşaqlar görür. Bir dəfə də şansını sınamaq üçün oğlunu Fa Cup finalına dəvət edir, lakin yeniyetmə yenə rədd cavabı verir. Buna baxmayaraq bu dəfə futbol onun marağını çəkir və televizorda bir neçə maç izləyir. Atası növbəti dəfə şansını sınayır və bu dəfə Highbury'də oynanacaq Arsenal vs Stoke City oyununu birlikdə izləmək üçün etdiyi təklifə cavab müsbət olur. Ata oğlu ilə ünsiyyət qura biləcəyi bir ortaq məkan tapır, lakin qızı ilə heç vaxt buna nail ola bilmir. Yazarın ifrata varan Arsenal heyranlığı 1968-ci ilin sentyabrında baş tutan bu oyunla başlamış olur. Kitabın nəşr olunduğu tarixədək(1992-ci ilə qədər) getdiyi oyunlardan ağlında qalanlar, həyatında klubun vəziyyəti ilə birlikdə cərəyan edən bənzərliklər, ingilislərə məxsus yumor hissi ilə çox gözəl şəkildə ifadə olunur. Mən də yazar kimi Arsenal heyranı olduğumdan kitabdan çox böyük zövq aldığımı deyə bilərəm. Klubun tarixində əhəmiyyət kəsb edən və etməyən hadisələrə bir də, subyektiv bir baxışla baxmaq olduqca zövq verdi. Kitab xuliqan deyil sıradan(stadionları dolduran insanların 95%-i belədir) bir insanın futbol ilə nəfəs almasından bəhs etdiyi kimi, feminizm ilə futbol, infrastruktur yetərsizliyi ilə bağlı olaraq köhnə stadionlarda yaşanan faciələr, itkin sevginin axtarışı, irqçilik, ailə münasibətlərdə ünsiyyət problemləri kimi
Futbol AteşiNick Hornby · Sel Yayıncılık · 201169 okunma
4/10
·112 syf.··
2022 5. kitabı
·
5 günde okudu
·
Okunma: 27 Ocak 2022 01:06
Kitabın ilk 60 səhifəlik qismi klub tarixi, uğurları, unudulmaz maçları və əfsanələrinə ayrılıb. Qısası rahatlıqla vikipediyada daha geniş şəkildə tapıla biləcək məlumatlardan ibarətdir. Bundan sonrakı hissədə isə klubda oynayan futbolçular haqqında qısaca məlumatlanmaq mümkün olur. Lakin, məlumatlar 2020 sentyabrında mövcud olan heyətlə bağlıdı. Bu o heyətdə adı çəkilən 23 futbolçudan günümüz etibarı ilə 7-si ilə yollar ayrılıb. Bir neçəsi icarəyə yollanıb və bir neçə nəfərin də satılması gündəmdədi. Odur ki, tezliklə güncəlliyini itirəcək məlumatlardansa klub tarixinə və ideallarına daha ətraflı baxış atmaq çox daha uğurlu olardı
ArsenalSedat Kaplan · Siyah Beyaz Yayınları · 20207 okunma
Dünyada doğru zamanda doğru yerde olduğu için ve yetenekleri yanlış anlaşıldığı veya fazla önemsendiği için iyi para kazanan aktörler, müzisyenler ve yazarlar var
Sayfa 205 - Sel Yayıncılık·Kitabı okudu