Tutaq ki, mən az da olsa, abırlı adamam... yaxşı, burada axı lovğalanmalı nə var? Lovğalanım ki, mən abırlı adamam? Hamı gərək abırlı olsun, hələ bir gərək təmiz də olsun...
Hə!.. Bəli... Hər şey adamın öz əlindədir, ancaq adam nəyinsə yanından əhəmiyyət vermədən keçirsə, deməli, bunu qorxduğu üçün edir... Bu, sübuta ehtiyacı olmayan bir həqiqətdir... İnsanlar ən çox nədən qorxurlar? Bu çox maraqlı sualdır. İnsanlar ən çox atacaqları qeyri-adi addımlardan, söyləyəcəkləri fərqli fikirlərdən qorxurlar... Amma mən yaman çox danışıram ha.. Çox danışdığım üçün də əlimi ağdan qaraya vurmurarn. Deyəsən, elə fəaliyyətsiz olduğuma görə də çox danışıram.