Siz, doğrudan da, nəsə demək istəyirsiniz, amma qorxunuzdan ən əsas sözü demirsiniz, gizlədirsiniz, ortaya anlaşılmaz bir şey çıxır. Sizin ağlınız var, amma ürəyiniz kinlə doludur, ürəyiniz təmiz deyilsə, ağlınız da yaxşı işləməyəcək.
Amma ağrı hiyləgər düşməndir, onun sizin təsəvvürünüz üçün qurduğu hiylələrin sonu yoxdur. Hər şeydən əvvəl məhkum olduğunuz tənhalığı sevməkdən çəkinin və ətrafınıza qalib gəldiyiniz fiziki iztirablardan divar hörməyin.