Esvira Gayıtmazova

Esvira Gayıtmazova
Bıraktım herkes kendini hakl sansın.
Orta okul
Азербаджан/Кусар
Кусар
25 okur puanı
Mart 2022 tarihinde katıldı
Şu anda okuduğu kitap
Puan vermedi·308 syf.··
2022 22. kitabı
·
8 günde okudu
·
Okunma: 26 Kasım 2022 19:49
Möhtəşəmmmmm bir sözlə! Çox bəyəndim kitabı. Kitabən mövzusu Elxan Elatlının kitablarının çoxunun qəhrəmanı polkovnik Qanbay Qasımlının Uzaq Sibirdə baş vermiş sirli cinayətin açması barəsində idi.Spoiler vermək istəmirəm. Mütləq oxumağı tövsiyyə edirəm.
Düşünce
Bakıdan Gələn XəfiyyəElhan Elatlı · Teas Press Nəşriyyatı · 01,090 okunma
Reklam
Puan vermedi·300 syf.··
2022 20. kitabı
·
11 günde okudu
·
Okunma: 01 Kasım 2022 18:16
Yenə Elxan Elatlı və onun məhəbbət, detektiv romanı. Yazar bu dəfə də məni öz qələminə heyran etməyi bacardı. Kitab o qədər axıcı gedirdi, heç sıxılmadan, hər əlimə düşdükcə bitirdim. Romanda vətən xaini olub onu içdən yeyən biqeyrətlərdən və onlarla mübarizə aparan bir bölmə əməkdaşlarından söhbət gedir. Axırda düyünün necə də məharətlə açılması ilə ürəyim rahatladıBu gün artıq rahat yata bilərəm. Çünki əsəri bitirdim. Oxumağı tövsiyyə edirəm, sevgili oxucular.
1000Kitap
Ölüm Ağacının KölgəsindəElhan Elatlı · Elgün Nəşriyyat · 2017319 okunma
10/10
·336 syf.··
Beğendi
·
2022 15. kitabı
·
6 günde okudu
·
Okunma: 21 Temmuz 2022 12:53
Kitab olduqca maraqlı idi. Çox bəyəndim. Kitabda əsas mözvu bu günün aktual mövzusu olan "xəyanət" idi. Bir cinayət işində hər yer "xəyanət" ə bulaşmışdı:həkimliyə xəyanət, ərinə xəyanət, dostluğa xəyanət, uşaqlarına, arvadına xəyanət, dövlətinə, xalqına xəyanət və bir sözlə, insanlığa xəyanət. Amma bunlara baxmayaraq bir itin sahibinə qarşı sədaqəti, ona qarşı sadiq qalmağı və axırda da ölməsi məni çox duyğulandırdı. Cinayət işinin başında dostuna xəyanət dururdu və o işi elə məharətlə, iyrəncəsinə qurmuşduki. Amma iş nə qədər dolaşıq olsa da istefada olan güclü xəfiyyə Qanbay Qasımlı bu işi həll etdi. Və bu dostluğa xəyanət üzərində qurulmuş işdə 6 nəfər öldü. Oxumağa tövsiyyə edirəm.
Düşünce
XəyanətElhan Elatlı · MMC Nəşriyyat · 20081,721 okunma
10/10
·112 syf.··
Beğendi
·
2022 10. kitabı
·
3 günde okudu
·
Okunma: 15 Temmuz 2022 23:06
Hər zaman Elxan Elatlının kitablarını oxumağa üstünlük verirəm. Həm yazıçının səmimi dildə yazması, həm də hadisələr. Digər əsərlər kimi bu əsəri də yüksək həyacanla oxudum. "İtmiş qızın axtarışı" povestini də qızın itməsindən tapmasına qədər çox həyacanla oxudum. Görəsən sağ qalacaqdımı, yoxsa necə. Ümumiyyətlə Elxan Elatlının əsərlərində həmişə yer alan "Qanbay Qasımlı" obrazını çox sevirəm. Onun zəkasına və məntiqə sanki heyranam. Spoiler verməyim. Mütləq oxumağı tövsiyə edirəm. Xoş oxumalar.
İtmiş Qızın AxtarışıElhan Elatlı · Elgün · 2011588 okunma