Eyden chloe

Eyden chloe
@Eyden_chloe
"Necə sevirdim onu... Hə, sevirdim. Bu hissin başqa adı yoxdur. Əgər nəfəs ala bilmirəmsə, əgər bütün içim titrəyir və boğazım quruyursa əgər kiçik bir pıçıltı ilə danışmağa qorxur və onun çox möhkəm bir səslə çıxacağından çəkinirsənsə. Əgər başın gicəllənir və qollarının arasındakı insanı ürəyinə sıxmaq istəyirsənsə... Buna ancaq sevgi deyirlər. Mən sevirdim... onu sevirdim... Bizim burunlarımız bir-birinə toxunur və onun isti nəfəsi mənim dodaqlarıma əsir, ondan gələn ətir məni dəli eləyirdi"
Etimoloji Defteri
Mücellit Nedir ?
"Mənim həyatım siqaret tüstüsü kimi dodaqlarımdan sovrulub göylərdə yox olur, əriyir, buxarlanırdı"
"Mən özümü ax­tarmaqda ikən Xloeni tapmışdım. Xloeni tapanda özümlə vidalaşmışdım. Mən özümdən xilas olan kimi Xloe də yoxa çıxdı, indi məndə nə mən varam, nə də Xloe. Nə də bir zərrə həqiqət. İçimdə keçmiş­dən bircə saniyə də yoxdur ki, onu indi hesab edə bilim. Yaddaşımda Xloenin elə bir sözü yoxdur ki, onda sevginin əks-sədasını eşidə bilim"
"Mən Xloenin dünyasında yaşayıram. Mən Xloe kainatının bir parçasıyam. O isə məndə ki kiçik qum dənəsidir"
“Siqaret tüstüsü ilə birlikdə bizim zərrəciklərimiz də uzaq kosmosa uçur”. Chloe