"Yeni dünyanı görməyə hazırsan,elə isə gəl gedək"–hər dəfə həqiqət tam anlaşılacaq anda belə bir sonluqla bitir. Bunu sadə insan dilində bildirmək olmaz ki?
Üçüncü addım
"Necə sevirdim onu... Hə, sevirdim. Bu hissin başqa adı yoxdur. Əgər nəfəs ala bilmirəmsə, əgər bütün içim titrəyir və boğazım quruyursa əgər kiçik bir pıçıltı ilə danışmağa qorxur və onun çox möhkəm bir səslə çıxacağından çəkinirsənsə. Əgər başın gicəllənir və qollarının arasındakı insanı ürəyinə sıxmaq istəyirsənsə...
Buna ancaq sevgi deyirlər. Mən sevirdim... onu sevirdim...
Bizim burunlarımız bir-birinə toxunur və onun isti nəfəsi mənim dodaqlarıma əsir, ondan gələn ətir məni dəli eləyirdi"